Modern.az

İran: “İsraillə müharibə zamanı Bakı hədəf olmayacaq”

İran: “İsraillə müharibə zamanı Bakı hədəf olmayacaq”

24 Sentyabr 2012, 13:05

İsrailin İrana qarşı hərbi əməliyyatlar başlancağı təqdirdə Tehranın Azərbaycanda vuracağı hər hansı bir hədəfi  yoxdur.  Modern.az bildirir ki,  İranın yüksək rütbəli hərbi rəsmisi, general Əmir Əli Hacızadə İsrailin İrana hucum edəcəyi təqdirdə İranın vuracağı hədəflərin siyahısını açıqlayıb. General bildirib ki, İsrailin hucum edəcəyi halda İran ABŞ-ın Qətər, Əfqanıstan və Bəhreyndəki hərbi bazalarını hədəfə alacaq. “Çünki İsrail ABŞ müdaxiləsi olmadan hucuma keçməyəcək”-deyə general bildirib.  

ABŞ Müdafiə Nazirliyinin sözçüsü isə “Əl-Cəzirə”yə bildirib ki, belə danışıq tonu yararsızdır.

“ABŞ özünü Orta Şərqdə və ya hər hansı bir yerdə müdafiə etməyə hazırdır”-deyə  Müdafiə Nazirliyinin sözçüsü “Əl-Cəzirə”yə deyib.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır