Modern.az

Gələn ilin büdcə layihəsi İlham Əliyevə təqdim olunub

Gələn ilin büdcə layihəsi İlham Əliyevə təqdim olunub

24 Sentyabr 2012, 14:38

Baş nazir Artur Rasizadənin sədrliyi ilə Azərbaycan Respublikasının  2013-cü il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələri, həmçinin iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib, həmin dövr üçün proqnoz göstəriciləri dinlənilib.

Modern.az-ın Nazirlər Kabinetinə istinadən verdiyi xəbərə görə, Artur Rasizadə bildirib ki,  dövlət büdcəsinin layihəsi ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun və dünya iqtisadiyyatında gedən proseslər nəzərə alınmaqla tərtib edilib. Layihə hazırlanarkən dövlət büdcəsinin sosial və investisiya yönümlü olmasına, ölkəmizin müdafiə qüdrətinin artırılmasına, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə xüsusi önəm verilib.

İclasda Azərbaycan Respublikasının 2013-cü il üçün dövlət büdcəsinin layihəsi haqqında sənədlər toplusunun ölkə Prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub.  

Modern.az 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı