Modern.az

Qazax və Şəmkirdə qaz xətləri yenilənir

Qazax və Şəmkirdə qaz xətləri yenilənir

14 May 2021, 10:31

“Azəriqaz” İstehsalat Birliyi 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir.

 

Modern.az xəbər verir ki, abonentlərin mavi yanacaqdan rahat, daha əlçatan şəkildə istifadə edə bilmələri üçün Şəmkir rayonunda da təmir işləri həyata keçirilir. Rayonun Yuxarı və Aşağı Seyfəli kəndlərində istismar müddəti başa çatmış qaz xətləri yenilənir. 2800 metr uzunluğunda çəkilən yeni qaz xətti abonentlərin payız-qış mövsümündə qaz təchizatında yarana biləcək problemləri minimuma endirəcək.

Qazax şəhərində Nərimanov küçəsində istismar müddəti başa çatmış yeraltı qaz xətlərinin yenilənməsi işləri aparılır. Yeni xətt hazır olduqdan sonra abonentlər daha rahat şəkildə mavi yanacaqdan istifadə edə biləcəklər.

 

 

Bu günə qədər Qazax şəhərinin M.Rəsulzadə, Bakı, Seyidov küçələrində 76, 89, 108, 159 mm diametrində olan qaz xətləri də yenilənib. Görülən işlər “Azəriqaz” İB-nin Təmir-Tikinti idarəsi tərəfindən həyata keçirilir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir