Modern.az

Türkiyəyə göndərilən daha 5 qazimiz Vətənə dönüb

Türkiyəyə göndərilən daha 5 qazimiz Vətənə dönüb

Aktual

16 May 2021, 14:14

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 5 qazimiz sağalaraq Vətənə geri dönüb.

 

“ASAN xidmət”dən Modern.az-a verilən məlumata görə, qazilərimiz  Cəfərov Namiq  Fərhad oğlunun,  Atakişiyev Yusif  Fariz oğlunun,  Kazımov  Kənan Çinar oğlunun, Əlizadə Şəhriyar Mirağa oğlunun və  Ələkbərov İlkin  Elçin   oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

 

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

 

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 64 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

 

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

 

Allah qazilərimizə şəfa versin!

 

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

 

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid:

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir