Modern.az

Ermənistanın birinici prezidenti parlament seçkilərində iştirak edə bilər

Ermənistanın birinici prezidenti parlament seçkilərində iştirak edə bilər

16 May 2021, 16:00

Ermənistanın birinci prezidenti, Erməni Milli Konqresinin sədri Levon Ter-Petrosyan növbədənkənar parlament seçkilərində iştirak edə bilər.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, partiyasının qurultayına qatılan siyasətçi seçkilərdə iştirak barədə qərar verilərsə, seçki siyahısına başçılıq etməyə hazır olduğunu söyləyib.

Erməni Milli Konqresinin seçkidə iştirakı ilə bağlı qərarının bu gün verilməsi planlaşdırılır.


Ermənistanda növbədənkənar parlament seçkiləri 20 iyun tarixinə təyin olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir