Modern.az

Mədəniyyət paytaxtımız Şuşada \"Xarıbülbül\" musiqi festivalı

Mədəniyyət paytaxtımız Şuşada \

16 May 2021, 15:48

Möhtərəm Prezident cənab  İlham Əliyevin Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etməsi, "Xarı bülbül" festivalını bərpa etməsi ölkənin mədəni həyatında əlamətdar hadisələrdən biridir.

 

Dillərə dastan, əfsanə olan Xarı bülbül gülü Şuşanın rəmzi, təbiətin möcüzəsidir. Xarı bülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrının altındakı gül al-qırmızı rəngə boyanıb. Tarix boyu Qarabağa qonaq gələnlər hər zaman Xarı bülbülü seyrə çıxıb. Qarabağda bu gülün şöhrəti o qədər səs salıb ki, hətta onun şəninə konsertlər verilib, festivalar təşkil edilib. Həmin konsertləri ölkəmizin böyük sənətkarları öz ifaları ilə bəzəyiblər.

 

“Xarı bülbül” festivalı Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə yanaşı, gənc nəslin mədəniyyətimizi yaxından dərk etməsinə yardım edəcək.

 

Şuşa Azərbaycanın 44 günlük rəşadətli qələbəsinin mənəvi simvoludur. Şuşanın mədəniyyət paytaxtı elan olunması Azərbaycan tarixinə, xüsusilə Qarabağa bağlı bütün həqiqətlərə işıq salır”.

 

“Xarıbülbül” musiqi festivalı ərəfəsində Heydər Əliyev Fondu tərəfindən, həmçinin “Xarıbülbül” beynəlxalq incəsənət festivalı təşkil olunub. İncəsənət festivalı zamanı xarıbülbül maketləri hazırlanıb və 13 ölkəni - Azərbaycan, Türkiyə, Pakistan, Estoniya, İordaniya, İraq, İsrail, Latviya, Mərakeş, Niderland, Rumıniya, Ukrayna və Yunanıstanı təmsil edən 32 rəssam - Anar Yolçiyev, Anastasia Tarasenko, Andris Vitolins, Dina Oskilko, Leyla Əliyeva, Nikole Bukrejeva, Rəhiməxanım Hacıyeva, Sare Kural, Yelena Haqverdiyeva, Zöhrab Salamzadə və digərləri Ermənistanın işğalından azad olunan ərazilərimizdə gördüklərini, yaşadıqları hissləri maketlərin üzərində çəkdikləri rəsm əsərləri ilə ifadə ediblər. Rəssamlar bu əsərləri Vətən müharibəsində əldə olunan Zəfərimizdən ruhlanaraq ərsəyə gətirib. Əsərlər “Xarıbülbül” musiqi festivalı zamanı Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşada sərgilənib.

 

"Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra "Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək”- bu sözləri möhtərəm  Prezident cənab İlham Əliyev "Xarıbülbül” festivalının açılışında deyib.

 

Dövlət başçısı qeyd edib ki, builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir: "Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır”.

 

Həmçinin İşğaldan azad olunmuş Şuşa şəhərində 29 ildən sonra ilk dəfə Ramazan bayramı namazı qılınıb. Müqəddəs torpağımız olan Şuşamızda bayram namazı qılınmağı böyük bir tarixi hadisədir. Həqiqətən də uzun illər boyu bu günləri arzulamışıq, bu günlərin həsrəti ilə yaşamışıq. Bu gün biz Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin qələbə sevinci ilə söylədiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” müraciətini xatırlayırıq. 

 

Xalqımız  bu gün Şuşanın Yuxarı Gövhərağa məscidində iftixar hissi ilə deyir: Əziz Şuşa gözün aydın olsun, artıq məscidlərindən azan səsləri ucalır. Artıq məscidlərində bayram namazı qılınır.

 

Azərbaycan xalqı bu Qələbəyə layiqdir. Azərbaycan xalqı işğaldan azad etdiyi bütün şəhər və kəndlərdəki məscidləri, digər dinlərə məxsus olan abidələri, məbədləri bərpa edəcək. Çünki bu, Azərbaycan xalqının milli, dini, mənəvi dəyəridir. 

 

Ülfət Əliyev

Naftalan şəhər sakini            

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir