Modern.az

Əhali 4 ayda ən çox bunlara pul xərcləyib

Əhali 4 ayda ən çox bunlara pul xərcləyib

İqtisadiyyat

17 May 2021, 14:59

2021-ci ilin yanvar-aprel aylarında əsas kapitala 3752,8 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz az vəsait yönəldilib.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 0,7 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 15,2 faiz azalıb:

“İstifadə olunmuş vəsaitin 2722,5 milyon manatı və ya 72,5 faizi məhsul istehsalı sahələrinə, 726,3 milyon manatı (19,4 faizi) xidmət sahələrinə, 304,0 milyon manatı (8,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf edilib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2132,6 milyon manatı və ya 56,8 faizi daxili vəsaitlərdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2722,9 milyon manatı və ya 72,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 64,7 faiz, büdcə vəsaitləri 15,6 faiz, bank kreditləri 6,8 faiz, əhalinin şəxsi vəsaitləri 7,2 faiz, sair vəsaitlər isə 5,7 faiz təşkil edib”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü