Arxiv
17 May 2021, 17:31 | AKTUAL
Gömrük Akademiyası və Baş Prokurorluq birgə təlimlərə başladı

Gömrük orqanlarının vəzifəli şəxslərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə 17-22 may tarixlərində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasının və Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Gömrük işi sahəsində aşkar edilmiş cinayətlərin rəsmiləşdirilməsi xüsusiyyətləri və bu növ cinayətlər üzrə ibtidai araşdırma aparılmasının aktual aspektləri” mövzusunda onlayn birgə təlimlər keçirilir. 

 

Modern.az xəbər verir ki, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov təlimi giriş sözü ilə açaraq, Mərkəzlə Gömrük Akademiyası arasında yaranmış səmərəli və işgüzar münasibətlər, qarşılıqlı faydalı və ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, hazırki birgə təlimlərə prokurorluğun və gömrük orqanlarının peşəkar, təcrübəli əməkdaşları təlimçi qismində cəlb edilmiş və bu tədbir gömrük orqanlarının təhqiqat və əməliyyat-axtarış fəaliyyəti sahəsində xidmət aparan əməkdaşları üçün peşə hazırlığının daha da yüksəldilməsi istiqamətində olduqca faydalı olacaqdır.

 

Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov hər iki qurumun əməkdaşlarının peşəkar hazırlığının vacibliyini qeyd edərək, Akademiyada peşəkar bacarıqların aşılanmasına və formalaşmasına xidmət edən təlimlərin təşkil olunduğunu deyib. Akademiya rəisi Gömrük Akademiyasının Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə keçirilən ilk tədbiri olduğunu qeyd edərək, pandemiya ilə əlaqədar olaraq təlimlərin onlayn formatda keçirildiyini bildirib.

 

Dövlət Gömrük Komitəsi və Baş Prokurorluq arasındakı əməkdaşlıqdan söz açan Akademiya rəisi iki qurumun çox faydalı və səmərəli əməkdaşlıq platformasının qurulduğunu deyib. Bu platformanın tədris sahəsində hər iki qurumun təlim tədris mərkəzlərində, hər iki qurumun əməkdaşlarının peşəkar hazırlığının həyata keçirilməsinə məsul olan qurumların əməkdaşlığı çərçivəsində də inkişaf etdirilməsinin zəruriliyini nəzərə çatdırıb. Qulu Novruzov gələcəkdə həm birgə təlim məzmunlarının hazırlanması, həm də təlim prosesinin səmərəli həyata keçirilməsi ilə bağlı uğurlu əməkdaşlıq formatı qurulacağına ümid etdiyini deyib.

 

Akademiya rəisi təlimdə iştirak edən prokurorluq və gömrük əməkdaşlarına, həmçinin hər iki qurumun təlimçi qismində cəlb olunan əməkdaşlarına uğurlar arzulayıb.

 

Təlimlərə cəlb olunan əməkdaşlara dərslər müəyyən edilmiş onlayn platforma üzərindən müvafiq cədvəl üzrə keçirilir. Tədris proqramı Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Gömrük Akademiyası tərəfindən birgə hazırlanıb. 

 

Təlimlər “Əməliyyat-axtarış tədbirləri və metodları, onların elmi- nəzəri, hüquqi əsasları, praktiki məsələləri və bəzi problemləri”, “Aşkar edilmiş hüquqpozma faktları üzrə foto və videoçəkilişdən istifadəyə dair qanunvericilikdən irəli gələn tələblər”, “Əməliyyat-axtarış tədbirlərinin təşkili və keçirilməsi ilə bağlı sənədlər, onlara verilən tələblər və nəticələrinin sənədləşdirilməsi”, “Aşkar edilmiş hüquqpozma faktları üzrə videoçəkilişdən istifadə metodikası” “Əməliyyat-axtarış tədbirlərinin nəticələrinin cinayət mühakimə icraatında və digər istiqamətlərdə istifadə edilməsi” və digər mövzuları əhatə edən mühazirələr, mühazirə-təqdimatlar və praktiki məşğələlərdən ibarətdir.

 

Mühazirə və məşğələlər DGK Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat idarəsi Təhqiqat şöbəsinin rəisi Elnur Qurbanov, Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat idarəsi İstintaq şöbəsinin rəisi İlkin Bağırov, Gömrük Akademiyasının “İxtisas fənləri” kafedrasının baş müəllimi Şahin Hüseynov və Baş Prokurorluğun ETM-nin, ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin məsul vəzifəli şəxsləri ilə birgə aparılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda fəhlə betonlanmış çuxura yıxılıb öldü 23 İyun 2021, 21:34 Dünyada peyvəndlənmə ilə bağlı son vəziyyət 23 İyun 2021, 21:23 “Anadolu Qartalı” təlimindən VİDEO 23 İyun 2021, 21:10 Viktor Balaşov vəfat etdi 23 İyun 2021, 20:56 AŞPA qadınlarla bağlı qətnamə qəbul etdi 23 İyun 2021, 20:47 İranda jurnalistləri daşıyan avtobus qəzaya düşdü 23 İyun 2021, 20:34 Gəncədə çətənə kolları məhv edildi - FOTO 23 İyun 2021, 20:22 Hərbi Dəniz Qüvvələrinin təlimləri başa çatdı - VİDEO 23 İyun 2021, 20:09 Zaqatalada ağır qəza - 1 ölü, 9 yaralı 23 İyun 2021, 20:00 Lavrovla Qrandinin Moskvada görüşü olacaq 23 İyun 2021, 19:52 Sabirabad sakinləri marixuanaya görə saxlanıldı 23 İyun 2021, 19:45 Prokurorluq Xəzərdə qanunsuz nərə ovu ilə bağlı məlumat YAYDI 23 İyun 2021, 19:38  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib   23 İyun 2021, 19:30 Orduda briqada komanda-qərargah təlimi keçirilir - FOTO 23 İyun 2021, 19:22 İlyas Rzayev də general oldu 23 İyun 2021, 19:15 İlham Əliyev Putinlə telefonla DANIŞDI 23 İyun 2021, 19:08 Ölkə başçısı Fazil Ağalarova general-leytenant rütbəsi verdi 23 İyun 2021, 19:01 Prezident Rafiq Ramazanova general-mayor rütbəsi verdi 23 İyun 2021, 18:54 Masallıda 18 yaşlı oğlan boğularaq öldü 23 İyun 2021, 18:46 Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi AÇIQLANDI 23 İyun 2021, 18:38 Naxçıvan aeroportu AZAL-ın tabeliyindən çıxarıldı 23 İyun 2021, 18:30 Bu xidmət haqqının məbləği TƏSDİQLƏNDİ 23 İyun 2021, 18:22 UNEC-də YAP Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib - FOTOLAR 23 İyun 2021, 18:14 Havada toz dumanı davam edir 23 İyun 2021, 18:07 Niyə peyvənd olunmalıyıq? 23 İyun 2021, 18:00 Vətən Müharibəsində iştirak etmiş jurnalistlər təltif edildilər 23 İyun 2021, 17:54 Ermənilər “ASAN xidmət”in ideyasını OĞURLADILAR 23 İyun 2021, 17:48 Azərbaycanın geri qaytardığı erməni əsirlərdən biri topçu Albertin əmisi oğluymuş - FOTO 23 İyun 2021, 17:44 Azərbaycan UNESCO-ya müraciət etdi 23 İyun 2021, 17:40 Dolların məzənnəsi sabit qaldı 23 İyun 2021, 17:34 Nazarbayev Sarkisyanı təbrik etdi, Paşinyanı isə yox... 23 İyun 2021, 17:28 Metro qatarında Azercell-in mobil internet sürətini kəşf et 23 İyun 2021, 17:22 Azərbaycanlı qız Rusiyadakı qəbul imtahanlarında REKORD VURDU - FOTO 23 İyun 2021, 17:16 Mais Bərxudarov yeni hərbi hissənin açılışında - VİDEO 23 İyun 2021, 17:12 Ceyhun Bayramov Səudiyyə Ərəbistanına getdi 23 İyun 2021, 17:08
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?