Modern.az

Nazirlik ünvanlı yardımla bağlı yeni təkliflər hazırlayır

Nazirlik ünvanlı yardımla bağlı yeni təkliflər hazırlayır

26 Sentyabr 2012, 12:33

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Camalxanovun Modern.az saytına verdiyi  məlumata görə ünvanlı sosial yardımın verilməsi üçün  tələb olunan sənədlərin azaldılması ilə bağlı yeni təkliflər hazırlanır. Mətbuat xidmətinin rəsmisi bildirib ki,  nazirlik tərəfindən bu istiqamətdə  davamlı araşdırmalar aparılır.

“ 2012-ci ildə aparılan araşdırmalarımızın nəticələrinə görə  nazirliyin bir sıra işçiləri cəzalandırılıb, bəzilərinin isə vəzifələri aşağı salınıb. Ancaq bəzən elə olur ki, narazılıqlar yardım almaq istəyən vətəndaşların qaydaları bilməməsi səbəbindən yaranır. 10 gün bundan qabaq Gəncədə Elnur Kələntərlinin iştirakı ilə keçirilən araşdırma zamanı bu cür vəziyyətin şahidi olduq. Araşdırmamızın nəticəsi belə oldu ki, vətəndaşların ünvanlı yardımın alınması üçün lazım olan qaydalar haqqında məlumatları yoxdur”.

Şahanə RƏHİMLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər