Arxiv
21 May 2021, 09:34 | REPORTAJ
Yoldaşlarını xilas edən, qanaxmadan şəhid olan döyüşçü - Emin İsmayılov evin TƏK ÖVLADI İDİ

Yaşasaydı bu gün 20 yaşını qeyd edəcəkdi…

Bu gün 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi Emin Tahir oğlu İsmayılovun doğum tarixidir.

Modern.az-ın məlumatına görə, Emin  Tahir  oğlu İsmayılov 21 may 2001-ci ildə  Bakı şəhəri, Nəsimi rayonunda  anadan  olub. Əslən Cəbrayıl rayonundan olan Emin İsmayılov Nəsimi rayonundakı 54 saylı tam orta məktəbin məzunu olub.

Emin İsmayılov evin tək övladı idi – nə bacısı, nə də qardaşı vardı. Anası onu yoxsulluqla böyütmüşdü…

Doğma el-obasının düşmən tapdağında qalmasını heç zaman həzm edə bilməyən Emin talassemiya daşıyıcısı olduğundan və ayaq altının düzlüyünə görə hər zaman qorxurmuş ki, onu hərbi xidmətə aparmazlar.

Amma 2019-cu ilin iyun ayında arzusuna çatır və həqiqi hərbi xidmətə yollanır. Emin Goranboy rayonunda hərbi xidmətdə olduğu vaxtda Vətən müharibəsi başlandı. Və Emin də torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıqla iştirak etdi.


Kiçik çavuş E.İsmayılov Suqovuşan, Kəlbəcər isitiqamətində gedən ağır döyüşlərdə fəal iştirak edib. Müharibə vaxtı çoxlu sayda yaralı və şəhidlərimizi döyüş meydanından xilas edib.

Yaxınlarının dediyinə görə, oktyabrın 1-də döyüş vaxtı ayağından güllə yarası alıb. Yaralı olmasına baxmayaraq döyüş yoldaşlarını tək buraxmayıb. Belə ki, özü də yaralanmasına baxmayaraq, 9 yaralı əsgəri döyüş bölgəsindən çıxara bilir.

Əsgər yoldaşları danışır ki, komandiri onun ayağından yaralandığını, həm də evin tək oğlu olduğunu nəzərə alaraq, əmr edib ki, çox irəli getməsin. Lakin Emində olan mərdlik, vətənə bağlılıq hissinin qarşısını heç kəs ala bilməyib.

Onun hərbi xidməti başa vurmasına iki ay qalmışdı. Sonuncu dəfə anası Məlahət xanımla 2020-ci il sentyabrın 30-da danışıb.

Emin anasına həmişə deyirmiş ki, mən sənin başını uca edəcəm. Elə də oldu, anasına verdiyi sözü tutdu.

Emin İsmayılov 6 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına  şəhid  olub. Döyüş yoldaşlarının dediyinə görə, Emin qanaxmadan ölüb. Həmin gün üç yerindən güllə yarası alıbmış.


Oktyabrın 6-da şəhid olan Eminin meyiti düz 40 gündən çox neytral ərazidə qalıb. Həmin müddətdə  övladından heç bir xəbər-ətər ala bilməyən Məlahət ana oğlunun əsir düşdüyünü heç vaxt ağlına gətirməyib. “Mənim oğlum əsir düşməz” deyib.

Ana övladının tabutu gələnədək ümidini kəsməyib. Noyabrın 20-də Eminin nəşi evinəı gətirilib.

Qəhrəman şəhid 2-ci  Fəxri  xiyabanda  dəfn  edilib.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə  İsmayılov  Emin  Tahir  oğlu  torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunması" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

 
A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şamaxıda zəlzələ oldu 21 İyun 2021, 00:59 Simonyanın uşaqları türkləri öldürməyə çağırdı - VİDEO 21 İyun 2021, 00:52 Bakıda piyadanı maşın vurub öldürdü 21 İyun 2021, 00:41 Köçəryanın bloku İrəvanda liderlik edir 21 İyun 2021, 00:27 Ermənistanda seçki pozuntuları barədə prokurorluqdan açıqlama 21 İyun 2021, 00:20 Zuber Bakıda Altıntopun rekordunu yenilədi 21 İyun 2021, 00:06 17 yaşlı qız məzun gecəsində bıçaqlandı 20 İyun 2021, 23:53 Batmaqda olan 11 nəfər xilas edildi 20 İyun 2021, 23:42 Ermənistanda seçkilərin ilkin nəticələri AÇIQLANDI 20 İyun 2021, 23:27 Türkiyədə daha 63 nəfər virusdan öldü 20 İyun 2021, 23:13 Formula 1 üzrə Fransa Qran Prisinin qalibi müəyyənləşdi 20 İyun 2021, 22:59 Paşinyanın partiyası liderlik edir - YENİLƏNİB 20 İyun 2021, 22:46 ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır 20 İyun 2021, 22:39 Şenol Günəşi istefaya çağırdılar 20 İyun 2021, 22:26 Teymur Rəcəbov səkkizinci oldu 20 İyun 2021, 22:10 Türkiyə millisi yenə uduzdu 20 İyun 2021, 21:55 Azərbaycan millisi Avropa çempionu oldu 20 İyun 2021, 21:48 Gəncədə piyadanı maşın vurdu 20 İyun 2021, 21:37 Bakıda yol qəzası - xəsarət alanlar var 20 İyun 2021, 21:21 Cüdoçularımız Avropa kubokunda 3 medal qazandı 20 İyun 2021, 21:04 "Ermənistan qonşularına ərazi iddialarını dayandırmalıdır" - Çavuşoğlu 20 İyun 2021, 20:50 Van Damm Azərbaycan milli rəqsini oynamağı öyrənir – VİDEO 20 İyun 2021, 20:34 Ermənistanda səsvermə başa çatıb 20 İyun 2021, 20:20 İsraildə Ermənistan əleyhinə aksiya keçirildi - FOTO 20 İyun 2021, 20:13 Bakıda Türkiyə-İsveçrə matçı başladı 20 İyun 2021, 20:01 Dövlət qulluğu və doktoranturaya bugünkü qəbul imtahanları başa çatdı 20 İyun 2021, 18:08 Kənd müəllimindən unikal addım - Təhsilsiz valideynlərə dərs keçəcək 20 İyun 2021, 17:58 FİFA prezidenti Bakıya gəlir 20 İyun 2021, 17:44 Tovuzda qəza: iki minik avtomobili toqquşdu 20 İyun 2021, 17:30 İranda təyyarə qəzası: ölənlər var 20 İyun 2021, 17:19 Bakıda mağaza yandı 20 İyun 2021, 17:08 XİN rəhbərindən sərhəd məsələsinin üçün YENİ TƏKLİF 20 İyun 2021, 16:59 Bakıdakı toz dumanı normadan beş dəfə çox artdı 20 İyun 2021, 16:51 Ceyhun Bayramov Şuşa Bəyannaməsindən danışdı: "Uzun illər danışılacaq" 20 İyun 2021, 16:43 Vaksinasiyadan keçənlərin bu günkü statistikası 20 İyun 2021, 16:30
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?