Modern.az

Ordumuz Zəngəzurda daha 1,5 kilometr İRƏLİLƏDİ

Ordumuz Zəngəzurda daha 1,5 kilometr İRƏLİLƏDİ

Qarabağ

21 May 2021, 13:04

Azərbaycan Ordusu Zəngəzurda daha 1,5 kilometr irəliləyib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, irəliləmə Xoznavar kəndi istiqamətində qeydə alınıb.

 

Laçın və Gorus rayonlarının sərhədində yerləşən kənd Qaragölə yaxın ərazidədir.

 

Kəndin rəhbəri Varo Qriqoryan sərhəd danışıqlarının davam etdirildiyini söyləyib.

 

“Azərbaycanlılar dünən axşam 6-da mövqelərini irəli çəkib. Onlar 1,5 kilometr irəliləyiblər. Hazırda kənddən 2,5 kilometr uzaqlıqda mövqe qurublar”-deyə Qriqoryan bildirib.

 

Xatırladaq ki, hazırda Azərbaycan-Ermənistan sərhədində demarkasiya və delimitasiya prsesinin başlanıldığı müzakirə olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir