Arxiv
22 May 2021, 13:21 | ANALİTİKA
Baydenin Rusiyaya “yaşıl işıq” yandırmasının Azərbaycana təsiri olacaqmı?

ABŞ prezidenti Co Bayden geri çəkildi. Ağ Evin keçmiş sahibi Donald Tramp Rusiyanın “şimal axını -2” layihəsinə və bu layihədə iştirak edən şirkətlərə qarşı müxtəlif sanksiyalar tətbiq edirdi. Bu sanksiyalar Almaniyaya qaz nəql etmək istəyən Rusiyanın işini çətinləşdirmişdi. Çünki, Amerika sanksiyalarından çəkinən bir qrup şirkət layihəni tərk etmişdilər. Digər tərəfdən Amerikanın Avrpodakı əsas müttəfiqlərindən biri Almaniya üzərində Vaşinqtonun artan təzyiqini hiss edirdi. Trampdan fərqli olaraq Bayden Almaniyaya rahat nəsəf almağa imkan vermək üzəridir.

 

Baydenin təlimatıyla Dövlət Departamenti “şimal axını – 2” layihəsinə qarşı sanksiyaları dayandırmağa qərar verib. Bu qərarın izahı belədir ki, boru xəttinin təxminən 95 faizi tikilib, ona görə də prosesə mane olmaq mümkün deyil. Bu izah xaricdə Ukrayna və Polşanı, daxildə isə respublikaçıları qane etməyib. Ukrayna prezidenti Vladimir Zelenski son çıxışında Ağ Ev administrasiyasının qərarından məyus olduğunu gizlətməyib. Zelenski ona işarə edib ki, Rusiya ilə mübarizədə Amerikaya çox da arxayın olmaq mümkün deyil. Kiyev hesab edir ki, “şimal axını – 2” layihəsi işə düşdükdüdən sonra Moskvanın Ukraynaya qarşı hərbi təzyiqi artacaq. Digər tərəfdən Rusiya “şimal axını – 2” boru xətti ilə Avropaya qaz nəqlinə başladıqdan sonra Ukraynadan keçən boru xəttinə ehtiyacı olmayacaq. Demək, Moskva bu yolla Ukraynaya iqtisadi təzyiqini də artıracaq. Varşava da Baydenin qərarından narazıdır. Çünki, Varşava da Kiyev kimi düşünür ki, Rusiya “şimal axını – 2” layihəsi vasitəsilə həm Avropanın enerji bazarında möhkəmlənəcək, həm də Arvopaya təzyiq imkanı qazanacaq.

 

 

Buna baxmayaraq, Ukrayna və Polşa ABŞ-dan asılıdırlar və Vaşinqtonda hesab edirlər ki, Varşava ilə Kiyevi yola gətirməyi bacaracaqlar. Ağ Ev üçün əsas problem daxildədir, Respublika Partiyasının üzvləri Baydenin qərarını tənqid edir və bununla Ağ Ev sahibinə qarşı ilk dəfə böyük cəbhə açmaq imkanı qazanıblar. Məsələ burasındadır ki, respublikaçı prezident Donald Tramp Rusiya ilə münasibətləri nizamlamağa qərar verəndə demokratlar, o cümlədən Co Bayden onu sərt tənqid edirdilər. Ancaq Bayden prezident olduqdan sonra faktiki Moskvanın istəyini yerinə yetirdi – boru xəttinə qarşı sanksiya qərarını ləğv etdi. Təsadüfi deyil ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dövlət Departamentinin qərarını “müsbət siqnal” kimi dəyərləndirib. Elə bil müsahibəsində Rusiya prezidentini qatil adlandıran Bayden deyildi.

 

 

Baydenin boru xəttinə qarşı sanksiyadan imtina etməsinin başqa səbəbi də var. ABŞ prezidenti Avropa turnesinə hazırlaşır. Ağ Ev sahibi boru xəttinə qarşı sanksiya qərarından imtina etməklə Almaniyaya səfərinin uğurlu nəticələnəcəyinə ümid edir. Tramp Avropaya yuxarıdan aşağı baxırdı, Bayden isə göstərmək istəyir ki, Avropa ilə ittifaqa sadiqdir.

 

 

Buna baxmayaraq, Bayden respublikaçılarla mübarizəyə hazır olmalıdır. Baydeni satqınlıqda ittiham etməkdən tutmuş Mərkəzi və Şərqi Avropadakı müttəfiqlərinin maraqlarını qurban verməsinə qədər addımlarda ittiham edə bilərlər. Elə Donald Trampın özü də Baydeni sancmağı unutmayacaq.

Beləliklə, Putin nisbi qələbəsini qeyd edə bilər. Doğrudur, Vaşinqqtonun Rusiyaya qarşı digər ünvanlı sanksiyaları qüvvədə qalır, hələ yeniləri də əlavə oluna bilər. Ancaq Putin üçün əsas məsələ “şimal axını – 2” layihəsini bitirmək idi ki, bu boru xəttin ilin sonuna qədər işə düşəcək.

 

 

Baydenin qərarı və “şimal axını – 2” layihəsinin işə düşməsinin Azərbaycana hər hansı təsiri ola bilərmi? Məsələ burasındadır ki, Azərbaycan da bu ildən başlayaraq qazını Avropaya nəql edir. TAP boru xətti “şimal axını – 2” boru xəttinə rəqib deyil, qaz fərqli bazarlara nəql olunur. Bəlkə də “şimal axını – 2” boru xəttinin işə düşməsi Avropa ölkələrinin və Amerikanın TAP-a marağını artıra bilər. Çünki, həm Avropa İttifaqı ölkələri, həm də ABŞ köhnə qitənin tamamən Rusiya qazından asılı olmasını istəmirlər. Bu isə Azərbaycan qazına marağı artıracaq.

 

 

“Atlas” Araşdırmalar Mərkəzi

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib 21 Oktyabr 2021, 18:45 Nazir şəhid ailələri ilə görüşdü 21 Oktyabr 2021, 18:40 Şəhidin anım günüdür - FOTO 21 Oktyabr 2021, 18:35 İctimai Şuranın üzvləri Lənkəranda - FOTO 21 Oktyabr 2021, 18:30 “Sabah”ın baş məşqçisi istefa verdi 21 Oktyabr 2021, 18:25 Fuad Qəhrəmanlının qızına təcavüz edən şəxslə bağlı QƏRAR VERİLDİ 21 Oktyabr 2021, 18:20 Prezidentlə xanımı bu radioya qulaq asdılar - VİDEO 21 Oktyabr 2021, 18:13 Tanınmış ilahiyyatçı dövlətə xəyanətə görə HƏBS OLUNDU 21 Oktyabr 2021, 18:07 “Azərsu” yanında İctimai Şuranın iclası keçirilib 21 Oktyabr 2021, 18:02 Kamran Əliyevdən 3 rayona prokuror TƏYİNATI 21 Oktyabr 2021, 18:00 Qanunsuz ov edən ərəblər SAXLANILDI 21 Oktyabr 2021, 17:55 AzTV-dən deputata ironiyalı CAVAB 21 Oktyabr 2021, 17:50 Rəisidən MESAJ: “Qonşularımızla münasibətlər bizim üçün prioritetdi” 21 Oktyabr 2021, 17:44 Azərbaycanda daha bir partiya rəsmi qeydiyyata alındı 21 Oktyabr 2021, 17:40 Hamilə qadının ölümü ilə bağlı rəsmi AÇIQLAMA - YENİLƏNİB 21 Oktyabr 2021, 17:39 Bakının mərkəzində narkomanlar yuvası - VİDEO 21 Oktyabr 2021, 17:36 Türkiyə şəhid verdi 21 Oktyabr 2021, 17:32 MOSSAD-ın Türkiyədəki şəbəkəsi İFŞA OLUNDU 21 Oktyabr 2021, 17:28 İtkin düşən hərbçilərimizin ADLARI 21 Oktyabr 2021, 17:24 Prokurorluq məktəblinin ölümünü ARAŞDIRIR 21 Oktyabr 2021, 17:22 Vətən müharibəsi şəhidlərinin yeni SİYAHISI 21 Oktyabr 2021, 17:16 Baş nazir: Saakaşvili azı 6 il həbsxanada qalacaq 21 Oktyabr 2021, 17:13 Neft Fondunun gəlirləri ARTIB 21 Oktyabr 2021, 17:08 XİN: Azərbaycan Ermənistana qarşı yeni şikayətlər irəli SÜRƏCƏK 21 Oktyabr 2021, 17:02 Haaqada “Vətənə dəstək” aksiyası keçirilib - FOTO 21 Oktyabr 2021, 16:56 Nazirlikdən güclü külək XƏBƏRDARLIĞI 21 Oktyabr 2021, 16:50 Şəhidin xanımı ərinin il mərasiminə gedərkən qəzada öldü - FOTO 21 Oktyabr 2021, 16:46 Son sutkada peyvənd OLUNANLAR 21 Oktyabr 2021, 16:40 Yoluxma azaldı, ölü sayı çoxaldı - Bu günün statistikası 21 Oktyabr 2021, 16:36 Azərbaycan və Qazaxıstan arasında MEMORANDUM 21 Oktyabr 2021, 16:30 Naməlum virus DƏHŞƏTİ: 165 uşaq öldü 21 Oktyabr 2021, 16:24 Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ! 21 Oktyabr 2021, 16:19 Pambıqçılıqla bağlı yeni LAYİHƏ 21 Oktyabr 2021, 16:14 Metro gücləndirilmiş rejimə keçir 21 Oktyabr 2021, 16:08 Milyarder Vahid Ələkbərov Bakıdadır - FOTO 21 Oktyabr 2021, 16:02