Modern.az

Deputat dövlət qulluğuna qəbul qaydalarından narazıdır - “Bu belə davam edə bilməz”

Deputat dövlət qulluğuna qəbul qaydalarından narazıdır - “Bu belə davam edə bilməz”

31 May 2021, 12:03

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlametin bu gün keçirilən plenar iclasında dövlət quruculuğuna qəbul qaydalarindan narazılığını bildirib.

 

Modern.az xəbər verir ki, deputat həyat təcrübəsinin olmasının vacibliyini xüsusi vurğulayıb:

 

"İmtahan ayrıdır, həyat məsələsi ayrı. Elə insanlar var ki hansısa rayonda illərlə işləyib və təcrübə toplayıb. Bu o deməkdir ki, hər şeyi çox yaxşı bilir. Ola bilər ki, testdən yüksək keçəsən amma gedib hansısa rayonda işləyə bilməzsən. Adam tanıyıram 90 bal toplayır, gedib rayonda işləyə bilmir"

 

Sabir Rüstəmxanlı dövlət qulluğuna qəbulda ciddi dəyişikliklərin  aparılmasını bildirib:

 

"Bu belə davam edə bilməz".

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir