Modern.az

Hotellər üçün “ulduz standartı” müəyyənləşdirilir

Hotellər üçün “ulduz standartı” müəyyənləşdirilir

Aktual

29 Sentyabr 2012, 13:16

“Ötən il ölkəyə gələn turistlərin sayı 2 milyon 239 min nəfər olub. Amma keçən illə müqayisədə bu yarım ildə artım müşahidə olunur”. Bunu Modern.az-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Firudin Qurbanov deyib. O, bildirib ki, ümumiyyətlə Azərbaycan turizmində inkişaf müşahidə olunur və Azərbaycana gələn turistlərin sayında keçən ilə nisbətdə artım baş verib:

“Təbii ki, Azərbaycanda keçirilən islahatlar, 2011-ci ilin “Turizm ili” elan olunması, Azərbaycanda turizm infrostrukturuna dövlət tərəfindən sərmayenin qoyulması müsbət nəticələr verir, hotellerin sayı get-gedə artır, infrasturuktur güclənir. Yeni layihələr həyata keçirilir. İlin sonunda Şahdağ qış turizmi layihəsinin birinci mərhələsi başa çatacaq və birinci turistlərin qəbulu nəzərdə tutulur. Bundan başqa, Şahdağ turizm kompleksində tikinti davam edir”.
Ulduzlarla bağlı standartların müəyyənləşdirildiyini söyləyən F.Qurbanov onu da bildirib ki, hər hası turizm şirkəti və ya hotel mövcud standartlara cavab vermirsə, qaydalara uyğun fəaliyyət göstərmirsə, onların lisenziyası ləğv olunur. Bu proses davam edir və bundan sonra da mövcud qaydalara uyğun fəaliyyət göstərməyən hotellərin lisenziyası ləğv olunacaq:

“Hal-hazırda bu istiqamətdə işlər gedir. Ulduzlarla bağlı standartlar müəyyənləşdirilir. Təbii ki, bu iş davamlı olacaq. Bildiyiniz kimi yeni hotellər tikilib istifadəyə verilir. Hal-hazırda tikintidə olan hotellər də var. Təbii ki, onların hamısına baxış keçiriləcək. Standartlara uyğun mövqeyi, yəni ulduzu müəyyən olunacaq”.  

Gültəkin Ələsgər    
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır