Arxiv
4 İyun 2021, 12:15 | PARLAMENT
Sahibə Qafarova Pakistan Prezidenti ilə nələrdən danışdı... - FOTOLAR

İyunun 4-də Milli Məclisin Sədri Sahibə Qafarova Pakistana rəsmi səfəri çərçivəsində Pakistan Prezidenti Arif Alvi ilə görüşüb.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan Milli Məclisinin Sədrini və parlament nümayəndə heyətini Pakistanda görməkdən məmnunluğunu ifadə edən Prezident Arif Alvi onun salamlarını Azərbaycan Prezidenti cənab İlham Əliyevə çatdırmağı xahiş edib.

 

Bildirib ki, dost və qardaş ölkələr olan Pakistanla Azərbaycanın münasibətləri strateji müttəfiqlik səviyyəsindədir. Pakistan Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti yürütməsinə görə bu ölkəni indiyədək tanımayıb. Pakistan Prezidenti Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, qardaş ölkənin öz ərazi bütövlüyünü bərpa etməsi Pakistanda böyük sevinc hissi ilə qarşılanıb. Pakistan həmişə Azərbaycanın haqq işində onun yanında olub və bundan sonra da belə olacaq.

 

Səmimi qəbul və Azərbaycan haqqında xoş sözlərə görə təşəkkürünü bildirən Milli Məclisin Sədri Sahibə Qafarova ilk olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin salamlarını Prezident Arif Alviyə çatdırıb.

 

Bu səfərin Azərbaycan Milli Məclisinin Sədri kimi Pakistan İslam Respublikasına ilk rəsmi səfəri olduğunu deyən Sahibə Qafarova səfər çərçivəsində keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanla Pakistanın bir-birinə qarşılıqlı dəstəyi bizim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir.

 

Ölkələrimiz İƏT PA ilə yanaşı, digər beynəlxalq təşkilatlar çərçivəsində də çox səmərəli əməkdaşlıq edirlər. Pakistan Prezidentinin 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının 18-ci Zirvə Toplantısı çərçivəsində ölkəmizə səfərini xatırladan Spiker diqqətə çatdırıb ki, bu günə qədər ölkələrimiz arasında müxtəlif sahələrdə imzalanmış hüquqi sənədlər əlaqələrimizin hüquqi bazasını təşkil edir. Bu xüsusda 2015-ci ildə Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” xüsusi əhəmiyyət kəsb edir.

 

Milli Məclisin Sədri bildirib ki, iqtisadi və ticarət əlaqələrimizin daha da dərinləşdirilməsi üçün geniş imkanlar var. Humanitar sahədə əməkdaşlığın davamlı inkişafına xüsusi diqqət ayrılır. Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə də Pakistanda həyata keçirdiyi sosial-humanitar layihələr sayəsində Mehriban xanım Əliyeva 2015-ci ildə Pakistanın ali ordeni olan "Hilal-e Pakistan" ilə təltif olunub.

 

2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın şanlı zəfərindən danışan Spiker bildirib ki, ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsi ilə Dağlıq Qarabağ münaqişəsi birdəfəlik tarixə qovuşub.

 

Xocalı soyqırımını, saysız-hesabsız müharibə cinayətlərini törədən Ermənistan işğalçıları kapitulyasiya aktına imza ataraq acı məğlubiyyətlə barışmalı oldular. Sədr qeyd edib ki, Azərbaycan ərazilərini işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasına dair 4 qətnaməni özü həyata keçirib.

 

Sahibə Qafarova deyib ki, indi isə Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində yeni dövr başlayıb – genişmiqyaslı bərpa və yenidənqurma dövrü. Lakin münaqişə başa çatsa da, bəzi problemlər hələ də qalmaqdadır. Belə ki, Ermənistan işğaldan azad olunmuş ərazilərimizə terrorçu dəstələr göndərir, minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir, sərhədlərin delimitasiyasına mane olur.
Sədr qardaş Pakistan hökuməti və parlamenti tərəfindən Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə verilən qətiyyətli dəstəyə, o cümlədən Pakistan xalqı tərəfindən nümayiş etdirilən mənəvi köməyə görə minnətdarlığını bildirib.

 

Qeyd edib ki, Pakistan parlamentinin keçmiş Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı barəsində qəbul etdiyi bir sıra qətnamə və bəyanatlar da bu dəstəyin önəmli hissəsidir. Pakistan parlamentinin Vətən Müharibəsi dövründə də prinsipial mövqeyini birmənalı şəkildə ifadə etməsi Azərbaycanda yüksək qiymətləndirilir.

 

Bildirib ki, hər iki ölkənin parlementində fəal işguzar əlaqələr saxlayan, müxtəlif məsələlər üzrə dəstəyini ifadə edən dosltuq qruplarının fəaliyyət göstərməsi ali qanunverici orqanlarımız arasında əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.

 

Sonra görüşdə digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

 

Görüşün sonunda Milli Məclisin Sədri Sahibə Qafarova qardaş ölkənin Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab təqdim edib və kitabdakı materiallar barədə Pakistan Prezidentinə məlumat verib.

 

Sahibə Qafarova Pakistan Prezidenti ilə görüşüb (FOTO) - Gallery Image Sahibə Qafarova Pakistan Prezidenti ilə görüşüb (FOTO) - Gallery Image Sahibə Qafarova Pakistan Prezidenti ilə görüşüb (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Keçmiş mətbuat katibi HƏBS EDİLİB 23 İyun 2021, 12:35 Emin Əmrullayev Bakı Ali Neft Məktəbində   23 İyun 2021, 12:34 Prezident BMT-nin ali nümayəndəsini qəbul edib  23 İyun 2021, 12:30 Sinoptiklərin hava xəbərdarlığına görə HƏKİM MƏSLƏHƏTİ 23 İyun 2021, 12:25 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul edib 23 İyun 2021, 12:20 Tural Gəncəliyev: “Qarabağa qayıtmaq hüququmuzdan istifadə edə bilmirik” 23 İyun 2021, 12:17 Hər yetəndən bal ALMAYIN - Loğman MƏSLƏHƏTİ 23 İyun 2021, 12:11 Nazirlik anomal isti ilə bağlı əhaliyə müraciət etdi 23 İyun 2021, 12:05 “Heç zaman dünya hegemonluğuna iddia etməyəcəyik” – Çinin müdafiə naziri 23 İyun 2021, 11:59 Azərbaycan Dünya Bankının kreditindən İMTİNA ETDİ 23 İyun 2021, 11:53 Avropa Şurasının Baş katibi Ermənistandan mina xəritələrini TƏLƏB ETDİ 23 İyun 2021, 11:47 Putin-Bayden görüşü MDB ölkələrində nəyi dəyişəcək... 23 İyun 2021, 11:45 Problemli kreditlərinin həcmi artıb 23 İyun 2021, 11:42 Gec olmadan peyvənd olunmalıyıq - Naqif Həmzəyev 23 İyun 2021, 11:40 Gənclərin inkluziv qanunvericiliyin təmin olunmasında rolu 23 İyun 2021, 11:36 “Nar” abunəçilərinin nəzərinə! 23 İyun 2021, 11:33 Daha bir şəhid övladı doğuldu - Vətən müharibəsindən sonra 100-cü uşaq - FOTO 23 İyun 2021, 11:28 Şahin Mustafayev Ağdamda iclas keçirir - FOTO 23 İyun 2021, 11:22 Space TV-nin Qarabağ müxbirləri: “Yaxınlığımıza düşən mərmilər son reportajımız ola bilərdi” - MÜSAHİBƏ+VİDEO 23 İyun 2021, 11:16 Putindən növbəti QARABAĞ AÇIQLAMASI: “Rusiyanın həlledici səyləri...” 23 İyun 2021, 11:10 Bakının sənədsiz evlər PROBLEMİ - Bu evlərə sənəd verilməyəcək 23 İyun 2021, 11:04 Zaqatala sakininin evindən civə tapıldı - FOTO 23 İyun 2021, 11:00 45 mindən artıq fermerə subsidiya ödənilib 23 İyun 2021, 10:56 “Bu məxluqdan xilas olmalıyıq” – Ermənistan müxalifəti 23 İyun 2021, 10:51 Əsirlərimizə işgəncə verən erməni hərbçilərinin məhkəməsi keçirilir 23 İyun 2021, 10:45 Kürdəmirdə qətl törədən şəxs tutuldu 23 İyun 2021, 10:39 UNEC-in növbəti beynəlxalq konfransı 23 İyun 2021, 10:33 ÜST-dən koronavirusun ən təhlükəli ştamı ilə bağlı XƏBƏRDARLIQ 23 İyun 2021, 10:27 Azərbaycan nefti 76 dollara yaxınlaşır 23 İyun 2021, 10:22 Dövlət qulluqçusu ona göstərilmiş etimadı düzgün dəyərləndirməlidir 23 İyun 2021, 10:17 Nazirlik “BİZON energy” içkisi ilə bağlı araşdırmaya başladı 23 İyun 2021, 10:11 Ötən il dövlət idarələrində vəzifəyə təyin edilənlərin sayı AÇIQLANDI 23 İyun 2021, 10:05 Bu şəxslər Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçilmək istəyir - SİYAHI 23 İyun 2021, 09:59 Azərbaycan kommunistləri SSRİ-yə hücumun 80-ci ildönümünü necə qeyd etdi? 23 İyun 2021, 09:54 Kürdəmirdə tanışlarını bıçaqlayan şəxslər HƏBS EDİLDİ 23 İyun 2021, 09:48
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?