Modern.az

Qələbəyə kölgə salanlar… - Deputatlardan REAKSİYA

Qələbəyə kölgə salanlar… - Deputatlardan REAKSİYA

Hadisə

8 İyun 2021, 16:12

Azərbaycan 44 günlük Vətən müharibəsindəki qələbəsi ilə bütün dünyaya öz gücünü göstərdi. Amma müharibdən sonra bəzi qüvvələr Azərbaycanın qələbəsinə kölgə salmağa çalışır.

Bəs belə qüvvələrlə necə mübarizə aparmalı?


Mövzu ilə bağlı Milli Məclisin deputatı Cavid Osmanov Modern.az-a danışıb.


Onun sözlərinə görə, Azərbaycanın  həm informasiya, həm də diplomatik sahədə nailiyyətləri davam edir:


“Azərbaycan Vətən müharibəsində parlaq qələbə çaldı və bu qələbə tariximizdən heç vaxt silinməyəcək. Bu qələbəyə həm informasiya, həm də diplomatik nailiyyətlər daxildir. Azərbaycan 10 noyabr tarixli üçtərəfli bəyanatı  Ermənistanı məcbur edərək imzalatdı. Müharibədən sonrakı  mərhələdə biz gördük ki, Ermənistan lobbisinin təsiri altına düşmüş bəzi dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın həzm edə bilmir. Bununla əlaqədar da müxtəlif ölkələrdə parlament səviyyəsində qətnamələr qəbul olundu, müəyyən təsirlər göstərildi. Amma Ermənistana mina xəritələrinin verilməməsi və Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın vətəndaşlarımızın taleyi ilə bağlı heç bir təzyiq göstərilmir. Burda erməni lobbisinin və onun təsiri altına düşən bəzi dövlət rəhbərlərin, o cümlədən beynəlxalq təşkilatların rolu böyükdür.

Bununla çalışırlar ki, ölkəmizin nüfuzunu aşağı salsınlar. Çünki müharibdən sonra Azərbaycanın dünya dövlətləri arasında nüfuzu artmışdır. Respublika günü ölkəmizin prezidentinə gələn təbriklər,  Azərbaycanla yeni əməkdaşlıq platformalarının yaratmaq istəməsi bunun bariz nümunəsidir. Qaragüruh qüvvələr aldıqları tapşırıqlar əsasında möhtəşəm qələbəmizə kölgə salmağa çalışır.

Azərbaycan isə bu kimi qüvvələrə beynəlxalq müstəvidə layiqincə cavab verir. Daxildə olan qüvvələrə isə Azərbaycan xalqı özü qiymət verərək, tarixin zibilliyinə atır”.


Milli Məclisin deputatı Bəxtiyar Sadıqov isə bildirir ki, erməni maliyyəsi ilə qidalananlar Azərbaycanın qələbəsini uğurlarını həzm etmək istəmirlər:

“Dünya erməniliyi var, prezidentimiz haqlı olaraq Azərbaycanın birinci düşməninin dünya erməniliyi olduğunu qeyd etmişdi. Ermənilərin Amerikada, Fransada güclü diasporu var. Bu diasporların isə güclü maliyyəsi var. Azərbaycanın inkşafı, Cənubi Qafqazda söz sahibinə çevrilməsi, Beynəlxalq transmilli layihələrə imza atması və Türkiyə ilə dostluğu dünya erməniliyinə və erməni diasporuna pis təsir edir. Təbii ki, erməni maliyyəsi ilə qidalananlar Azərbaycanın qələbəsini uğurlarını həzm etməyəcəklər. Ölkəmizin imicini zədələmək üçün hazırda müxtəlif  oyunlardan çıxırlar. Faktları təhrif edənləri və şər-böhtan atanları biz yaxşı görürük.  Azərbaycanın gördüyü əsl işləri başqa cür təqdim edirlər. Ancaq Azərbaycan inkşafdadır, öz problemlərini həll etmək qətiyyətindədir. Bu təşkilatlar yaxşı olardı ki, öz vicdanlarına nəzər salsınlar. Dinc peşə sahibləri öz işlərini yerinə yetirən zaman minaya düşüb həyatlarını itirdilər. Bu vəhşiliyə, mülki əhalinin həlak olmasına son qoymaq üçün Ermənistandan mina xəritələrinin verilməsini tələb etsinlər”. 

 

Aysel Məhərrəmova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü