Arxiv
9 İyun 2021, 08:45 | ANALİTİKA
Minaları Qumaşyanın öz başında partlatmaq lazımdır!

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

 

 

Terrorizm sözünün mənaca qorxu, vahimə olduğunu yəqin ki, hər kəs bilir. Adətən bu qeyri-qanuni üsuldan istifadə edən şəxslər qarşı tərəfə müəyyən şərtlər irəli sürərək, onları özlərinə tabe etməyə çalışırlar. Bu baxımdan Kəlbəcərdə ikisi jurnalist olmaqla, üç mülki şəxisin erməni terrorçuları tərəfindən yerləşdirilmiş minanın partlaması nəticəsində şəhid olmasından dərhal sonra Ermənistan ordusunun polkovniki Koryun Qumaşyanın rəsmi Bakıya şərt qoyaraq, “hərbi əsirlərimizi bizə qaytarın və mən mina xəritəsini təqdim edəcəm”, deməsi Ermənistanın dövlət olaraq terrorizm üsulu ilə idarə olunduğunu bir daha sübut edir.

 

Terrorçu polkovnikin “mən kontingentimlə birgə Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşını mina basdırdıq. Minalar olduğuna görə bu ərazidə heç nə edə bilməyəcəksiniz...”, deyə həyasızcasına bəyanat verməsi isə əslində Azərbaycan tərəfini manipulyasiya etməkdən başqa bir şey deyil.

 

Baxın, əgər xatırlayırsınızsa noyabrın 10-da imzalanmış üçtərəfli məlum bəyanata əsasən, işğalçılar 15 noyabra qədər Kəlbəcər, 20 noyabra qədər Ağdam, 1 dekabra qədər Laçını boşaltmalı idilər. Ancaq işğalçı ölkənin yalvarışı ilə Kəlbəcərlə bağlı əlavə 10 gün vaxt verildi. İndi əgər burada elementar riyazi hesablama aparsaq, terrorçuların bu rayonları tərk etmələri cəmisi 20 gün ərzində başa çatdı. Bu üzdən də, o qaçdı-qovduda ruhən sınmış Qumaşyanın, həmçinin digər “yanların” Laçın və Kəlbəcər yaxınlığında nə az, nə çox, düz 17 yük maşını mina basdırması yalandır və inandırıcı görünmür.


Bu, sadəcə Azərbaycan tərəfinə hədə-qorxu gəlmək yolu ilə Ermənistanın dünyaya bar-bağıraraq “hərbi əsir” adlandırdığı, əslində isə Azərbaycan Ordusu tərəfindən “iş başında” yaxalanmış terrorçuları azad etmək üçün Qumaşyanın ağılsız başla düşündüyü sərsəm bir cəhdidir.

 

Ancaq 44 günlük Vətən savaşından sonra bu bədbəxt Qumaşyanlar hələ də  qanmırlar ki, “dəmir yumruğ”u daha da bərkimiş Ali Baş Komandanı, Şuşa kimi bir qalanı dişi-dırnağı ilə fəth edən Azərbaycan oğullarını, od-alov altında reportajlar hazırlayıb dünyaya yayan jurnalistləri və 30 ildir doğma yurd həsrəti ilə sinəsi göynəyən bütöv Azərbaycan xalqını bu kimi cılız hədədələrlə qorxuda bilməzlər.

 

Əlbəttə, terrorçu ölkə polkovnikinin nə deməsindən asılı olmayaraq, düşmənin son dərəcədə hiyləgər olduğunu nəzərə alaraq, Azərbaycan Ordusunun cəngavər əsgərləri öz postlarında həmişə olduğu kimi, bu gündən sonra daha da ayıq-sayıq dayanmalıdırlar. Çünki düşmən açıq döyüşdə rüsvayçılıqla məğlub olduğundan, indi artıq açıq şəkildə terrorçu əməliyyatlarına başladıqlarını gizlətmirlər.

 

Təəssüf ki, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları bu terrorçu dövlətə “dur” – deyib, onlara törətdikləri əmələ görə hələ də təzyiq etmir. Hətta, Kəlbəcərdə erməni terrorçularının yerləşdirdiyi mina partlaması nəticəsində dünyanı sözlə, informasiya ilə təmin edən jurnalistlərin ölümü belə, dünyaya demokratiya və söz azadlığından dəm vuranların kar qulaqlarını, kor gözlərini, lal dillərini aça bilmədi. Əksəriyyəti yalandan “baş verənlərdən təəssüf hissi keçiririk”, deyə mızıldanıb üstündən keçdilər.

 

Əslində, erməni terrorçularının törətdikləri son partlayış və Qumaşyanın 17 maşın mina basdırması ilə bağlı dünyanın susmasına digər tərəfdən baxanda heç təəssüflənməyə dəyməz. Çünki Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə məruz qaldığı ötən illərdə dünyadan nə vaxt ədalət gördü ki, bu gündən sonra da onu gözləyə? Odur ki, erməni terrorçularını məhv etmək üçün mütləq antiterror əməliyyatı aparmaq və Azərbaycana hədə-qorxu gəlməyə cəhd edən Qumaşyanın minalarını isə öz başında partlatmaq lazımdır!

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezidentdən Kəlbəcər və Laçınla bağlı sərəncam - 10 milyon ayrıldı 28 İyul 2021, 15:23 Nazir Ermənistanı təxribatlardan əl çəkməyə çağırdı 28 İyul 2021, 15:22 Azərbaycan, Ermənistan və Rusiya liderlərinin növbəti görüşü GÖZLƏNİLİR 28 İyul 2021, 15:05 Bədii tərcümənin cahangiri - Vladimir Qafarov 28 İyul 2021, 15:00 Azərbaycanda yaşayan əcnəbilər bu ölkələrdən gəlib 28 İyul 2021, 14:48 Şəmkirdə 15 yaşlı oğlan itkin düşüb 28 İyul 2021, 14:44 “Bu kitabı oxuyandan sonra Azərbaycana marağım artdı” - Səfirlə SÖHBƏT 28 İyul 2021, 14:38 SOCAR-ın idarə rəisi işdən çıxarıldı 28 İyul 2021, 14:34 Ölkəmizə gələn əcnəbilərin sayı azalıb 28 İyul 2021, 14:30 Atışmada yaralanan erməni hərbçilərin sayı 5-ə ÇATDI 28 İyul 2021, 14:25 3 saylı "ASAN kommunal" mərkəzinin açılışı oldu 28 İyul 2021, 14:20 Bakıda iki uşaq anası “patı”dan öldü 28 İyul 2021, 14:15 Sosial şəbəkələrdə narkotiki təbliğ edən “TikTok”erlər TUTULDU 28 İyul 2021, 14:10 Bugünkü imtahanda 10 nəfər zaldan QOVULDU 28 İyul 2021, 14:04 Ceyhun Bayramov: "Spikerlərin görüşü tarixi hadisədir" 28 İyul 2021, 13:58 “COVID-19” pasportu olmayan 378 nəfər toylara buraxılmadı 28 İyul 2021, 13:54 Qonşu ölkədə daha 303 nəfər virusdan öldü 28 İyul 2021, 13:50 Baş Prokurorluqda AŞPA nümayəndələri ilə görüş 28 İyul 2021, 13:44 Karantini heçə sayan restoran sahibinə cinayət işi açıldı 28 İyul 2021, 13:38 Mədət Quliyev nazir müavini ilə danışıqlar apardı 28 İyul 2021, 13:32 Erməni casuslara 15 il iş KƏSİLDİ 28 İyul 2021, 13:28 Güc üçlükdədir: Dünyaya birlik və qardaşlıq dərsi   28 İyul 2021, 13:22 Narkotik satanlara qarşı növbəti əməliyyat   28 İyul 2021, 13:16 25 gündə yol qəzalarında 60 nəfər ölüb 28 İyul 2021, 13:10 Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var 28 İyul 2021, 13:04 Ermənistan Müdafiə Nazirliyinin daha bir yalanı ÜZƏ ÇIXDI 28 İyul 2021, 12:58 Qanunsuz ov edənlər cəzalandırıldı 28 İyul 2021, 12:53 Leysan yağacaq, dolu düşəcək - Sabahın havası 28 İyul 2021, 12:48 BDU-dakı bıçaqlanmanın səbəbi bilindi - Yeni FAKTLAR 28 İyul 2021, 12:43 Qarabağdakı ermənilərə xüsusi status verilməməsinin 10 SƏBƏBİ 28 İyul 2021, 12:38 Türkiyə bu ölkələrin TÜRKPA-ya daxil olmasını istəyir - EKSKLÜZİV 28 İyul 2021, 12:33 Ombudsman sərhəddə baş verənlərdən narahatdır 28 İyul 2021, 12:28 Oğurluq üstündə tutuldular - narkotik alverçiləri olduqları üzə çıxdı 28 İyul 2021, 12:22 Göyçayda toy qaydalarını pozanlar CƏRİMƏLƏNDİ 28 İyul 2021, 12:16 Düşmən itkilərini elan etdi: Ölən hərbçilərin ADLARI 28 İyul 2021, 12:10