Modern.az

Məktəblərdə “Son zəng” keçiriləcək - Nazir açıqladı

Məktəblərdə “Son zəng” keçiriləcək - Nazir açıqladı

10 İyun 2021, 19:54

Bu il ümumtəhsil məktəblərində "Son zəng" təşkil olunacaq.

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

 

O deyib ki, bununla bağlı Təhsil nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etmişdi:

 

“Baş nazirə təşəkkür edirəm, çalışacağıq ki, verilmiş şərtlərlə “Son zəng” tədbirlərini keçirək”.

 

O deyib ki, “Son zəng”in keçirilməsi ilə bağlı konkret şərtlər yaxın günlərdə elan ediləcək:

 

“Şərtlər çox sadədir, açıq havada keçiriləcək, say məhdudiyyəti olacaq, kiçik saylı məktəblər üçün təhlükə görmürük, şagird sayı 100-dən artıq olan məktəbdə yəqin ki, bir neçə hissədən ibarət olacaq. Karantin qaydalarına, sosial məsafəyə əməl etmək də şərtlərə daxildir. Uzun müddət məktəbdən kənar qalmış minlərlə şagirdimiz üçün “Son zəng”i qeyd etmək yaxşı xəbərdir. “Son zəng” tədbirində “Məktəblinin dostu” və könüllülülər də çalışacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır