Modern.az

“İlham Əliyev qardaşımla əhatəli müqavilə imzalayacağıq” - Ərdoğan

“İlham Əliyev qardaşımla əhatəli müqavilə imzalayacağıq” - Ərdoğan

11 İyun 2021, 15:50

"İlham Əliyev qardaşımla Şuşada görüşərək iki ölkə arasında əhatəli müqavilə imzalayacağıq".

Modern.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O deyib: “Biz NATO-ya üzv ölkələrin liderlərinin zirvə görüşü çərçivəsində keçirəcəyimiz görüşlərdə Ermənistanla bağlı müzakirələrdə mina məsələsini də gündəmə gətirəcəyik.

Təbii ki, mina məsələsi ilə bağlı əlaqəli şəxsləri dəstək göstərməyə və bu problemin həlli üçün kömək etməyə çağıracağıq”.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyun ayının 15-də Azərbayacan səfər edəcək, Şuşa şəhərinə gedəcək.  Ayın 16-da o, Bakıda Prezident İlham Əliyevlə birlikdə Türkiyənin Uelslə futbol oyununu izləyəcək.


Fidan İlqar

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır