Arxiv
11 İyun 2021, 18:04 | AKTUAL
Çingiz Qənizadə: “Diversantların hər biri layiqli cəza alacaq”

“Hadrutda saxlanılan şəxslər diversantdırlar, cinayətkar silahlı birləşmənin üzvləridir. Üçtərəfli sazişdən sonra 60-dan çox silahlı şəxs Ermənistan ərazisindən gələrək Hadrut istiqamətində meşəliklərə çəkilərək, Azərbaycan ərazisində təxribatlar törətməklə məşğul olub. Dövlətin güc strukturları ilə birlikdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində isə həbs ediliblər”.

Bu barədə Modern.az-a tanınmış hüquqşünas Çingiz Qənizadə danışıb. O qeyd edib ki, hazırda onların barəsində istintaq işi yekunlaşıb və çoxlarının işi məhkəmənin baxışına göndərilib:


“Qanun da məhz bunu tələb edir ki, cinayətkar barədə istintaq aparılsın və məhkəməyə göndərilsin. Hazırda məhkəməsi gedən muzdlu, erməni millətindən olan Livan vətəndaşının məhkəməsi onu göstərir ki, Azərbaycan tərəfini ləkələmək istəyən Ermənistan pat vəziyyətində qalıb. Çünki nə müharibə vaxtı, nə də müharibədən sonrakı dövrdə iddiaları ilə bağlı hansısa bir fakt ortaya qoya bildilər. Fotoşəkillər belə göstərə bilmədilər. Amma biz canlı muzdlunun mühakiməsini aparırıq”.


Ç. Qənizadənin fikrincə, muzdluların mühakiməsinin aparılması Azərbaycanın beynəlxalq ictimaiyyətdə ona qarşı atılmış ləkələri təmizləməsi deməkdir:


“Bu proses getməlidir. Məhkəmə istintaqı zamanı orada xüsusilə akreditasiya olunmuş xarici nümayəndəliklərin əməkdaşları, jurnalistlər olur. Bu zaman muzdluların, erməni diversantların törətdiyi əməllərin sübut olunması, hətta onlar cinayəti inkar etsə də, foto, videomateriallar, həmçinin zərərçəkənlərin ifadələri ilə cinayətin təsdiq olunması bir daha onu göstərir ki, Azərbaycan hüquqi bir dövlətdir, ölkə ərazisində baş verən cinayətlərə görə millətindən asılı olmayaraq hər kəsin cinayət işinin məhkəməsi və istintaqı gedir və onlar qanun qarşısında cəzalandırılır. Yəni erməni diversantlar kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verib məsuliyyətə cəlb ediləcək. Bunlar Azərbaycanın beynəlxalq aləmdə imicinə müsbət təsir göstərir. 

Məhkəmənin aparılma qaydası, onun şəffaflığı, təqsirləndirilən şəxslərə qarşı münasibət, prosedur qaydalarının əməl olunması, cinayətkarların qəfəsdən çıxarılaraq kənarda oturması sübutdur ki, Azərbaycan bu məsələdə də beynəlxalq hüquq normalarını rəhbər tutur. Şahbaz və Dilqəmin əsirlikdə olarkən hansı formada məhkəmə zalına gətirildiyi məlumdur. Başları əyili, qolları qandallı, üzləri maskalı idi. Kiçik bir dar otaqda avtomatla yanlarında dayanırdılar. Bu, onların hüquqa olan hörməti idi. İndi isə biz özümüzün hüquqa olan hörmətimizi göstəririk”.

Hüquqşünas diversantların hər birinin Azərbaycan qanunlarına əsasən, layiqli cəzasını alacağını qeyd edib:

“Amma gələcəkdə onların hansısa bir formada əfv edilərək öz dövlətlərinə və ya üçüncü bir dövlətə verilməsi artıq Prezidentin konstitusion hüququdur. İndi onlar sadəcə Azərbaycanın məhkəmələri tərəfindən ədalətli qaydada mühakimə olunaraq cəzalarını alacaqlar və heç bir dövlət bununla bağlı irad bildirə bilməz”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
AKP-nin mətbuat katibi: “Şuşa türk dünyasının qəlbinin döyündüyü yerdir” 19 İyun 2021, 13:27 Pakistan azad edilmiş ərazilərin bərpasında iştirak edəcək 19 İyun 2021, 13:16 Ruhani yeni seçilən İran prezidentini təbrik edib 19 İyun 2021, 13:09 Ermənistanda burulğan öncəsi “sükut” – Paşinyan “Qarabağ klanı” ilə həlledici DÖYÜŞƏ ÇIXIR 19 İyun 2021, 12:57 Daha 2 qazi yüksək texnologiyalı protezlərlə təmin edib - FOTO 19 İyun 2021, 12:42 Avtomobil bazarında son vəziyyət necədir? 19 İyun 2021, 12:40 Əli Əsədov Füzuli, Laçın və Zəngilan aeroportları ilə bağlı QƏRAR VERDİ 19 İyun 2021, 12:34 Ceyhun Bayramov Antalyadan dünyaya SƏSLƏNDİ: “Qarabağ münaqişəsi başa çatıb” 19 İyun 2021, 12:16 Sabah Azərbaycanda 40 dərəcə isti olacaq 19 İyun 2021, 11:47 Azərbaycanada 1 tondan artıq hind quşu dərisi yararsız çıxıb 19 İyun 2021, 11:45 Azərbaycanda benzin istehsalı azalıb 19 İyun 2021, 11:27 Tarixdə şəxsiyyətlərin rolu və qısqanclıq sindromu 19 İyun 2021, 11:15 İcra başçısı abadlıq işləri ilə yerində tanış oldu 19 İyun 2021, 11:06 İranda prezident seçkilərinin ilkin nəticələri… 19 İyun 2021, 10:59 Bakı Təhsil İdarəsinin yeni sektor müdirləri - Adlar 19 İyun 2021, 10:46 Azərbaycan neftinin qiymətləri dəyişib 19 İyun 2021, 10:44 Şuşada 7 tondan artıq çətənə kolu məhv edilib  19 İyun 2021, 10:38 AMEA-da 6 yeni TƏYİNAT 19 İyun 2021, 10:36 Şirvanda tanışını qətlə yetirən şəxs tutulub 19 İyun 2021, 10:23 "Danışa bilmir" deyilən Əkrəm Əylislidən AÇIQLAMA 19 İyun 2021, 10:10 Azərbaycan-Türkiyə: Xarüqələr yaradan birlik 19 İyun 2021, 10:05 “Əlçatan metro” xidməti - Kim, necə İSTİFADƏ EDİR 19 İyun 2021, 10:03 Rusiya Azərbaycana aviareyslərin sayını artıracaq 19 İyun 2021, 09:50 Azərbaycanın ən çox mal satdığı ölkələr - STATİSTİKA 19 İyun 2021, 09:37 İranın yeni prezidenti MƏLUM OLDU 19 İyun 2021, 09:35 Mübariz İbrahimovun şəhadətindən 11 il ötür - TARİX 19 İyun 2021, 09:25 Rusiyada təyyarə qəzası: 7 ölü, 13 yaralı 19 İyun 2021, 09:14 Ceyhun Bayramov İraqın xarici işlər naziri ilə görüşüb 19 İyun 2021, 08:44 İngiltərə Şotlandiya ilə bacarmadı 19 İyun 2021, 00:59 Bakıda uşağı elektrik cərəyanı vurdu 19 İyun 2021, 00:44 Ceyhun Bayramov Qaqauziyanın rəhbəri ilə görüşdü 19 İyun 2021, 00:31 UEFA-nın tövsiyəsi fitə basıldı 19 İyun 2021, 00:15 Bu gün Bakıda avtobuslar işləməyəcək 19 İyun 2021, 00:01 Türkiyənin gəmi əleyhinə raketi sınaqdan keçirildi - VİDEO 18 İyun 2021, 23:48 Kürdə batmaqda olan şəxs xilas edildi 18 İyun 2021, 23:33
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?