Modern.az

Niderlandda azərbaycanlı jurnalistlərin xatirəsinə poçt markası buraxılıb

Niderlandda azərbaycanlı jurnalistlərin xatirəsinə poçt markası buraxılıb

Diaspor

11 İyun 2021, 19:56

Niderland krallığının Amsterdam şəhərində yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə Kəlbəcərdə mina partlaması nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərin xatirəsinə beynəlxalq poçt markası buraxılıb.


Modern.az xəbər verir ki, "Azərbaycanın inciləri" layihəsi çərçivəsində gerçəkləşdirilən markanın üzərində mina partlaması nəticəsində həlak olmuş jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun şəkilləri təsvir edilib. Markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap edilib.
Məqsəd beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan hökumətinin cinayətkar davranışına və mina xəritələrini təhvil verməməklə regionda sülhə-sabitliyə mane olmasına cəlb etməkdir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir