Arxiv
11 İyun 2021, 20:41 | AKTUAL
Komitə sədri uşaqlarla görüşdü - FOTO

Bahar Muradova 15 İyun - Milli Qurtuluş Günü ərəfəsində uşaqlarla görüşüb.

 

Bu barədə Modern.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

 

11 iyun 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində Komitə sədri Bahar Muradovanın istedadlı uşaqlar və gənclərlə görüşü keçirilib.

 

15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş görüş Asiya Fakt İnformasiya Agentliyinin “Sizi tanıyaq” layihəsi çərçivəsində baş tutub. Layihənin məqsədi istedadlı uşaqları, gəncləri cəmiyyətə tanıtmaq, onlara vətənpərvərlik və dövlətçilik ruhunu aşılamaq və müstəqil özünüifadəetmə bacarıqlarını formalaşdırmaqdır.

 

Tədbirdən öncə uşaqlarla Vətən müharibəsi qaziləri arasında keçirilən görüşdə vətənpərvərlikləri ilə örnək olan qazilərimizin döyüş xatirələri dinlənilib, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu ehtiramla yad edilib.

 

Daha sonra uşaqlar Mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar.

 

Uşaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova belə görüşlərin onları daha yaxından tanımaq, fikir və düşüncələrini öz dilindən eşitmək üçün gözəl imkan olduğunu qeyd edib. Bu gün ölkəmizdə uşaqların hərtərəfli inkişafı, ən yaxşı maraqlarının qorunması, onların milli-mənəvi dəyərlər ruhunda yetişməsi istiqamətində lazımi tədbirlərin həyata keçirildiyi bildirilib.

 

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ailə, qadın və  uşaq siyasətinin bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən sədr, bu siyasətin uğurlu nəticələrinin istər qanunvericilik sahəsində, istərsə də dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının fəaliyyətində özünü biruzə verdiyini diqqətə çatdırıb. Bu fəaliyyətdə Komitə nəzdində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin də payının olduğunu vurğulayan B.Muradova, hər gün burada ailələrin, qadın və uşaqların problemlərinin aradan qaldırılmasında dəstək göstərildiyini deyib.

 

Qazilərin də iştirak etdiyi tədbirdə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük zəfərə şahidlik edən uşaqların nümunəvi vətəndaşlar kimi yetişərək öz istedad və bacarıqlarının köməyilə ölkəmizin daha böyük uğur və qələbələrə imza atmasına  töhfəverəcəyinə inam ifadə edilib.

Daha sonra layihənin rəhbəri, Asiya Fakt İnformasiya Agentliyinin redaktoru Vüsalə Qələndərli layihə barədə ətraflı məlumat verib.

Tədbir uşaqların vətənpərvərlik mövzusunda çıxışları və  onların əl işlərindən ibarət sərgi ilə davam edib.

 

Tədbirin yekununda xüsusi istedadı, əldə etdiyi uğurları ilə fəqlənən uşaqları təşəkkürnamələrlə təltif edən Komitə sədri, onları Milli Qurtuluş Günü münasibətilə təbrik edib, heyrətləndirici çıxışlarına görə onlara təşəkkürünü bildirib.

 

Dəvəti qəbul edib uşaqlarla görüşə vaxt ayırdığına görə Bahar Muradovaya təşəkkür edən Vüsalə Qələndərli Asiya Fakt İnformasiya Agentliyi və “Sizi tanıyaq” layihəsi adından Komitə sədrini “44 günlük Vətən müharibəsində milli vətənpərvərlik işinin təşkilində xidmətlərinə görə” təltif edib.

 

Sonda uşaqlarla xatirə şəkli çəkdirilib.

 

Qeyd edək ki, 4 ildir davam edən “Sizi tanıyaq” layihəsinin 250 nəfər üzvünün mütəmadi olaraq ziyalılar, millət vəkilləri, tanınmış ictimai xadimlərlə görüşləri təşkil olunur.

 

Fidan İLQAR

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə 84 miqrantı xilas etdi 18 İyun 2021, 08:51 Ermənistan ordusu Xankəndidən könüllü çıxmasa… 18 İyun 2021, 08:45 İranda prezident seçkiləri keçirilir 18 İyun 2021, 08:14 Niderland 1/8 finalda 18 İyun 2021, 00:58 İsrail qırıcıları Qəzzanı bombaladı 18 İyun 2021, 00:54 Azərbaycan və Gürcüstan XİN rəhbərləri Antalyada görüşəcək 18 İyun 2021, 00:48 Putin Dumaya seçkilər təyin etdi 18 İyun 2021, 00:34 Teledərslərin bu günə olan CƏDVƏLİ 18 İyun 2021, 00:20 Zaxarova Rusiya jurnalistlərinə münasibəti pislədi 18 İyun 2021, 00:06 Gülüstan sarayı yaxınlığında yanğın - FOTO 17 İyun 2021, 23:52 Moskvada sürətlə yayılan aqressiv koronavirus növü aşkarlandı 17 İyun 2021, 23:37 Türkiyədə daha 62 nəfər virusdan öldü 17 İyun 2021, 23:23 Paytaxtda ər arvadını bıçaqladı 17 İyun 2021, 23:14 BMT baş katibi Bayden-Putin görüşünü alqışladı 17 İyun 2021, 23:03 Bakıda qardaş bacısını bıçaqladı 17 İyun 2021, 22:48 81 yaşlı qadının pulunu oğurlayan şəxs saxlanıldı - FOTO 17 İyun 2021, 22:35 FHN ölkə ərazisindəki yanğınların səbəbini açıqladı 17 İyun 2021, 22:22 Mahir Emreli debüt matçında het-trik etdi 17 İyun 2021, 22:09 Belçika 1/8 finalda 17 İyun 2021, 21:54 Avropa çempionatları tarixində ikinci ən erkən qol vuruldu 17 İyun 2021, 21:36 UEFA-dan Ronaldonun hərəkətinə reaksiya 17 İyun 2021, 21:25 “BakuBus”un avtobusu qəza törədib? - Şirkətdən açıqlama 17 İyun 2021, 21:11 Ukrayna parlamentində dava düşdü 17 İyun 2021, 20:58 Ruslar Suqovuşan-Kəlbəcər yolu ilə ermənilərə yük daşıdı - FOTO 17 İyun 2021, 20:40 İstanbulda gəmi qayıqla toqquşdu 17 İyun 2021, 20:23 Laçında həlak olan hərbçimiz dəfn edildi - FOTO 17 İyun 2021, 20:09 Ukrayna millisi ilk qələbəsini qazandı 17 İyun 2021, 20:00 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 17 İyun 2021, 19:54 Prokurorluq Sarkoziyə 6 ay həbs istədi 17 İyun 2021, 19:47 Rəşad Nəbiyev Salim Atayla görüşdü 17 İyun 2021, 19:40 DİN-dən Bakıda kütləvi dava görüntüləri ilə bağlı AÇIQLAMA 17 İyun 2021, 19:34 Deputata Baş Prokurorluqda vəzifə verildi 17 İyun 2021, 19:27 Nabrandakı yanğının söndürülməsinə helikopter cəlb olundu 17 İyun 2021, 19:20 Zakir Həsənov Latviyanın NATO PA-dakı nümayəndə heyətinin üzvü ilə görüşüb 17 İyun 2021, 19:14 Rusiya mina xəritələrinin Azərbaycana verilməsini vacib hesab edir 17 İyun 2021, 19:07
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?