Arxiv
14 İyun 2021, 15:37 | MƏDƏNİYYƏT
Polad Həşimovun qızı məzun oldu: “Kaş atam da yanımda olardı”

Bu gün Azərbaycanda bütün ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. Qeyd edək ki, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 069 nəfər şagird bitirir.


Builki məzunlar sırasında Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova da var.


Əməkdaşımızla həmsöhbət olan Aybəniz Həşimova məzun kimi ilk təəssüratlarınmı Modern.az saytı ilə bölüşüb:

 

“Mən ibtidai sinifdə oxuyarkən həmişə 11-ci siniflərə həsədlə baxırdım. Düşünürdüm ki, görəsən məzun olub o sırada dayanmaq, tələbə adını qazanmaq necə bir hisdir? Nəhayət mən də həmin hissi yaşadım. Yəqin ki, bütün məzunlar belə düşünür: böyümüşük, artıq orta məktəblə vidalaşmalıyıq. Yəqin  ki, tezliklə fərqli bir mühitə düşəcəyik”.


Ali təhsil almaq planlarından danışan Aybəniz Həşimova deyir ki, 4-cü ixtisas qrupu üzrə imtahanlara hazırlaşır:

“Azərbaycan Tibb Universitetinə hazırlaşıram. Buraxılış imtahanında nəticəm gözlədiyimdən daha da yaxşı oldu. 280 bal topladım.

Tibb elmini, ümumilikdə biologiyanı dərinliyinə qədər öyrənmək istəyirəm. Universiteti də oxumaqda əsas məqsədim budur. Əvvəlcə istəyim odur ki, sevdiyim ixtisas üzrə peşəkarlaşım, daha sonra həmin ixtisas üzrə iş sahibi olum”.

Milli Qəhrəmanın qızı bildirib ki, bu anlarda atasının onun yanında olmasını çox istəyərdi:


“Buraxılış imtahanının nəticələri açıqlananda çox istəyirdim ki, atam da yanımda olsun. Təəssüf ki, belə olmadı. Düşünürəm ki, atam yanımda olsaydı,  həmişəki zaraftalarını edərdi. O, həmişə imtahan nəticəm çıxanda zarafat edir, əhvalımı daha da yüksəldirdi. Atam hər zaman işə yaxşı tərəfdən baxar, mənə dəstək olub, uğuruma sevinərdi”.

Aybəniz Həşimova bütün həmyaşıdlarını məzun günü münasibəti ilə təbrik edib: “Hamısına uğurlar arzulayıram”.



Nəzrin Vahid

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Turan Bayramovun ilk rəqibi müəyyənləşdi 4 Avqust 2021, 14:08 Bugünkü imtahanların nəticəsi nə vaxt açıqlanacaq? 4 Avqust 2021, 14:00 Piyadalara yol verməyən sürücülər cərimələndi 4 Avqust 2021, 13:54 Karantin toyları: Gənclərin arzusu, yoxsa pul hərisliyi? 4 Avqust 2021, 13:49 Azərbaycanda yemişin yeni sortları yaradıldı - FOTO 4 Avqust 2021, 13:48 Məhərrəm ayının başlanma tarixi AÇIQLANDI 4 Avqust 2021, 13:42 Bakıda 2 marşrutun hərəkət istiqaməti dəyişdirilir 4 Avqust 2021, 13:36 Polis Bakıda reyd keçirdi - Sürücülərə xəbərdarlıq edildi 4 Avqust 2021, 13:30 Boksçumuza bürünc medal təqdim olundu 4 Avqust 2021, 13:24 Saatlıda maşından 22 minlik oğurluq edildi   4 Avqust 2021, 13:18 Karantini pozan restoran sahibi 4 min manat cərimələndi 4 Avqust 2021, 13:12 “Jirinovski özünə hörmət qoymur, klounluq edir” 4 Avqust 2021, 13:06 ABB-dən milli paralimpiya komandasına dəstək! 4 Avqust 2021, 13:00 Arutunyan: “Rus qoşunları olmasaydı, vəziyyət tam başqa olacaqdı” 4 Avqust 2021, 12:57 Sabahın hava PROQNOZU 4 Avqust 2021, 12:53 Eldəniz Səlimovun mandat məsələsi necə olacaq?  4 Avqust 2021, 12:50 Qətlə yetirilən Sevinclə bağlı yeni faktlar: Əri ilə barışıbmış... 4 Avqust 2021, 12:45 Müdafiə Nazirliyindən kadr dəyişikliyi barədə iddialara CAVAB 4 Avqust 2021, 12:40 Sabah jurnalistlərin növbəti vaksinasiyası keçiriləcək 4 Avqust 2021, 12:36 Yeganə Əmiraslanovanın saxlanılması xəbərinə rəsmi REAKSİYA 4 Avqust 2021, 12:32 Lənkərandakı meşə yanğını söndürüldü 4 Avqust 2021, 12:26 Qaxda 21 yaşlı gənci ilan sancıb 4 Avqust 2021, 12:20 Şəhid polkovnikin xanımı: “İlk görüş yerimiz Şəhidlər Xiyabanı olub” - MÜSAHİBƏ 4 Avqust 2021, 12:14 Sərhədçilərimizi öldürən İran vətəndaşının məhkəməsi başlayır 4 Avqust 2021, 12:08 FHN-dən Lənkərandakı yanğınla bağlı AÇIQLAMA 4 Avqust 2021, 12:02 Paşinyan Rəisinin andiçməsinə qatılacaq 4 Avqust 2021, 11:56 Deputat: “Eldəniz Səlimovla danışmamışam” 4 Avqust 2021, 11:50 Paşinyanın istefasını tələb edən general İŞDƏN ÇIXARILDI 4 Avqust 2021, 11:44 Xaricdə təhsil almış daha 38 nəfərin diplomu tanınmadı 4 Avqust 2021, 11:38 Goranboyda yeni yaşayış binası tikilir - FOTOLAR 4 Avqust 2021, 11:32 Ağdaşda “patı” əməliyyatı - saxlanılan var 4 Avqust 2021, 11:26 Makron ermənilərə müraciət etdi: “Həmişə yanınızdayıq” 4 Avqust 2021, 11:20 Aqrar universiteti magistratura səviyyəsi üzrə qəbul planı açıqlandı 4 Avqust 2021, 11:15 Ermənistan parlamenti yeni vitse-spiker seçdi 4 Avqust 2021, 11:10 Avqustda hava necə olacaq? - Proqnoz 4 Avqust 2021, 11:04