Arxiv
14 İyun 2021, 19:25 | AKTUAL
Ceyhun Bayramov Britaniyanın Dövlət Naziri ilə telefonla danışıb

İyunun 14-də xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə Dövlət Naziri Vendi Morton ilə telefon danışığı baş tutub.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in məlumatında deyilir. Məlumata görə, tərəflər arasında üçtərəfli bəyanatın icrası ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

Vendi Morton iyunun 12-də Azərbaycan tərəfindən Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməninin qarşı tərəfə təhvil verilməsi ilə bağlı məmnunluq ifadə edib. Dövlət naziri, tərəflər arasında gərginliyin aşağı salınması və etimad quruculuğunun artırılması baxımından bu addımı müsbət qiymətləndirib. V. Morton, həmçinin bu günlərdə mina partlayışından həyatlarını itirən Azərbaycanlı jurnalistlər və mülki şəxslə bağlı təəssüf bildirib və bu xüsusda başsağlığı ifadə edib.

 

Nazir Ceyhun Bayramov Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi prosesinə Birləşmiş Krallığın BMT-nin İnkişaf Proqramı xətti ilə verdiyi dəstəyi və bu xüsusda ANAMA ilə həyata keçirilən əməkdaşlığı minnətdarlıqla qeyd edib.

Tərəflər, habelə bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib və Azərbaycan Respublikası Energetika Nazirliyi ilə BP şirkəti arasında bu xüsusda imzalanmış anlaşma memorandumunu məmnunluqla qeyd ediblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bugünkü imtahanların nəticəsi nə vaxt açıqlanacaq? 4 Avqust 2021, 14:00 Piyadalara yol verməyən sürücülər cərimələndi 4 Avqust 2021, 13:54 Karantin toyları: Gənclərin arzusu, yoxsa pul hərisliyi? 4 Avqust 2021, 13:49 Azərbaycanda yemişin yeni sortları yaradıldı - FOTO 4 Avqust 2021, 13:48 Məhərrəm ayının başlanma tarixi AÇIQLANDI 4 Avqust 2021, 13:42 Bakıda 2 marşrutun hərəkət istiqaməti dəyişdirilir 4 Avqust 2021, 13:36 Polis Bakıda reyd keçirdi - Sürücülərə xəbərdarlıq edildi 4 Avqust 2021, 13:30 Boksçumuza bürünc medal təqdim olundu 4 Avqust 2021, 13:24 Saatlıda maşından 22 minlik oğurluq edildi   4 Avqust 2021, 13:18 Karantini pozan restoran sahibi 4 min manat cərimələndi 4 Avqust 2021, 13:12 “Jirinovski özünə hörmət qoymur, klounluq edir” 4 Avqust 2021, 13:06 ABB-dən milli paralimpiya komandasına dəstək! 4 Avqust 2021, 13:00 Arutunyan: “Rus qoşunları olmasaydı, vəziyyət tam başqa olacaqdı” 4 Avqust 2021, 12:57 Sabahın hava PROQNOZU 4 Avqust 2021, 12:53 Eldəniz Səlimovun mandat məsələsi necə olacaq?  4 Avqust 2021, 12:50 Qətlə yetirilən Sevinclə bağlı yeni faktlar: Əri ilə barışıbmış... 4 Avqust 2021, 12:45 Müdafiə Nazirliyindən kadr dəyişikliyi barədə iddialara CAVAB 4 Avqust 2021, 12:40 Sabah jurnalistlərin növbəti vaksinasiyası keçiriləcək 4 Avqust 2021, 12:36 Yeganə Əmiraslanovanın saxlanılması xəbərinə rəsmi REAKSİYA 4 Avqust 2021, 12:32 Lənkərandakı meşə yanğını söndürüldü 4 Avqust 2021, 12:26 Qaxda 21 yaşlı gənci ilan sancıb 4 Avqust 2021, 12:20 Şəhid polkovnikin xanımı: “İlk görüş yerimiz Şəhidlər Xiyabanı olub” - MÜSAHİBƏ 4 Avqust 2021, 12:14 Sərhədçilərimizi öldürən İran vətəndaşının məhkəməsi başlayır 4 Avqust 2021, 12:08 FHN-dən Lənkərandakı yanğınla bağlı AÇIQLAMA 4 Avqust 2021, 12:02 Paşinyan Rəisinin andiçməsinə qatılacaq 4 Avqust 2021, 11:56 Deputat: “Eldəniz Səlimovla danışmamışam” 4 Avqust 2021, 11:50 Paşinyanın istefasını tələb edən general İŞDƏN ÇIXARILDI 4 Avqust 2021, 11:44 Xaricdə təhsil almış daha 38 nəfərin diplomu tanınmadı 4 Avqust 2021, 11:38 Goranboyda yeni yaşayış binası tikilir - FOTOLAR 4 Avqust 2021, 11:32 Ağdaşda “patı” əməliyyatı - saxlanılan var 4 Avqust 2021, 11:26 Makron ermənilərə müraciət etdi: “Həmişə yanınızdayıq” 4 Avqust 2021, 11:20 Aqrar universiteti magistratura səviyyəsi üzrə qəbul planı açıqlandı 4 Avqust 2021, 11:15 Ermənistan parlamenti yeni vitse-spiker seçdi 4 Avqust 2021, 11:10 Avqustda hava necə olacaq? - Proqnoz 4 Avqust 2021, 11:04 Fəzail Ağamalı: “Eldəniz Səlimov islah olunmalıdır” - VİDEO 4 Avqust 2021, 10:58