Modern.az

“Neftçi”nin Çempionlar Liqasındakı ilk oyunu bu tarixdə keçiriləcək

“Neftçi”nin Çempionlar Liqasındakı ilk oyunu bu tarixdə keçiriləcək

15 İyun 2021, 15:30

Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Modern.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə son Azərbaycan çempionu "Neftçi"nin də rəqibi bəlli olub.  Səpələnməmişlər səbətində yer alan komandamız bu mərhələdə "Dinamo" (Tbilisi, Gürcüstan)  ilə üz-üzə gələcək.

Təmsilçimiz ilk matçını səfərdə keçirəcək.

İlk görüşün iyulun 6-da Tbilisidə, cavab matçının isə iyulun 13-də Bakıda keçirilməsi nəzərdə tutulur.



Mehri Qurban

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır