Modern.az

Ali məktəblərə qəbul imtahanlarının vaxtı DƏYİŞDİ

Ali məktəblərə qəbul imtahanlarının vaxtı DƏYİŞDİ

16 İyun 2021, 10:08

İyulun 1-də keçirilməsi nəzərdə tutulan qəbul imtahanlarının vaxtı dəyişdirilib.


Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, imtahanlar 1 və 2 iyul tarixlərində keçiriləcək.


Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 1 iyul 2021-ci il tarixində müxtəlif növ imtahanların keçirilməsi nəzərdə tutulurdu. Bu imtahanlarda iştirak etmək üçün 26 mindən artıq abituriyent qeydiyyatdan keçib. İmtahanlarda iştirakçıların sıxlığının azaldılması məqsədilə Mərkəz tərəfindən bu imtahanların iyulun 1-də və 2-də müxtəlif şəhər və rayonlarda keçirilməsi qərara alınıb. İyulun 1-də və ya 2-də imtahan keçiriləcək şəhər və rayonların siyahısı yaxın günlərdə elan olunacaq.


Qeyd edək ki, iyulun 1-də və 2-də aşağıdakı imtahanlar keçiriləcək.


- əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;


- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;


- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;


- aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;


- eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır