Modern.az

13 restoran və kafedə kobud pozuntular aşkarlandı

13 restoran və kafedə kobud pozuntular aşkarlandı

Aktual

19 İyun 2021, 14:29

İyunun 18-də ölkə üzrə 442 ictimai iaşə obyektində 795 monitorinq keçirilib. 13 restoran və kafedə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkarlanıb.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Modern.az-a verilən məlumata görə, monitorinqlər zamanı aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

 

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

  1. Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun 3 ünvanında yerləşən, hüquqi şəxs "BIG İDEA" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Vintage Gastro” kafesi;
  2. Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva 3 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Rahim Rabil oğluna məxsus “Köz plus” kafesi;
  3. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 1358 ünvanında yerləşən, fiziki şəxs Ağayev Allahverdi İsa oğluna məxsus restoran;
  4. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ, Şüvəlan yolunda yerləşən, fiziki şəxs Kərimov Qadir Vəli oğluna məxsus kafe;
  5. Bakı şəhəri, Nizami ‎ rayonu, Rüstəmov küçəsində yerləşən, fiziki şəxs Çopurov Elvin Araslan oğluna məxsus kafe;
  6. Bakı şəhəri, Nizami ‎rayonu, Qara Qarayev 103 ünvanında yerləşən, fiziki şəxs Nəsibov Ayaz Niyaz oğluna məxsus “Buğda” kafesi;
  7. Bakı şəhəri, Yasamal ‎ rayonu, İzmir 27E ünvanında yerləşən, fiziki şəxs Əliyev Hidayət Arzu oğluna məxsus “Pizza Bruno” restoranı;
  8. Bakı şəhəri, Nəsimi ‎ rayonu, Nizami 83 ünvanında yerləşən, fiziki şəxs Çoban Samed Batuhan oğluna məxsus kafe;
  9. Bakı şəhəri, Nərimanov ‎rayonu, Ağa Nemətulla 45a ünvanında yerləşən, fiziki şəxs Bayramlı Salman Kamal oğluna məxsus kafe;
  10. Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolunda yerləşən, fiziki şəxs Quliyeva Könül Seyfəddin qızına məxsus "Ləman" kafesi;
  11. Cəlilabad rayonu, Qurtuluş prospektində yerləşən, fiziki şəxs Həşimov Fizuli Əsəd oğluna məxsus restoran;
  12. Oğuz rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs İsmayılov Tehran Aman oğluna məxsus “Ad Günü" kafesi;
  13. Ağsu rayonu, Bakı-Qazax yolunun 144-ci kilometrliyində yerləşən, fiziki şəxs Hacıyev Süleyman Əliağa oğluna məxsus “Cənnət Park” restoranı.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır