Arxiv
20 İyun 2021, 08:40 | ANALİTİKA
Bakı Şuşa Bəyannaməsi ilə Rusiya qarşısında şərt qoya bilər

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
 

      
Bu gün Ermənistanda keçirilən seçkidə hökumətin başına gələn şəxsin Paşinyan,  Koçaryan və ya hansısa digər “yan”ın olmasından asılı olmayaraq, keçmiş Dağlıq Qarabağ məsələsi, həmçinin dövlətlərarası sərhədlərin delimitasiya işində Azərbaycanın haqlı tələblərinə yan çevirə bilməyəcək. Əlbəttə ki, Qarabağ kartını əlində əsas tutub revanşist çıxışlarla öz seçiciləri ilə “duraka” oynayan Koçaryanla müqayisədə Paşinyanın Ermənistanda “baş” olması Azərbaycan üçün daha məqbuldur. Ancaq bu o demək deyil ki, Koçaryan “baş” olacağı təqdirdə əvvəlki dövrlərdə olduğu kimi başından böyük qələtlər edə biləcək. Çünki, indi artıq nə Azərbaycan o Azərbaycandır, nə Ermənistan o Erməstandır, nə də ümumiyyətlə Cənubi Qafqazda son 200 ildə at oynatmış Rusiya o Rusiyadır.

       
İndi Cənubi Qafqazda geosiyasi marağı olan bütün tərəflər yaxşı anlayırlar ki,  Azərbaycanın ötən il Vətən savaşından qalib çıxması bölgədəki bir çox məsələlərin gedişini köklü şəkildə dəyişdi. Üstəlik iki qardaş dövlət – Azərbaycanla Türkiyə arasında 15 iyun 2021-ci ildə bağlanmış müttəfiqlik haqqında möhtəşəm Şuşa Bəyannaməsi nəinki Qarabağ bölgəsinin, bütövlükdə bütün Azərbaycanın təhlükəsizliyinin təmin edilməsinə birdəfəlik nöqtə qoydu. Bu Bəyannamənin 100 il öncə 13 oktyabr 1921-ci ildə Türkiyə ilə Sovetlər arasında bağlanmış Qars müqaviləsinin ləğv edilməsini planlaşdıran ermənilərin keçirəcəyi kampaniyadan əvvəl bağlanmasını nəzərə alsaq, onda  Şuşa Bəyannaməsini hayların başına göydən düşən bir daş kimi də qiymətləndirmək olar.

      
Doğrudur, Azərbaycan cəmiyyəti Şuşa Bəyannaməsindən nə qədər məmnun olsa da, burada bəzilərinin birdəfəlik Türkiyənin hərbi baza yerləşdirilməsinin vacib olduğunu dilə gətirməsi də anlaşılandır. Ancaq düşünməliyik ki, indiki mərhələdə Türkiyə hərbi bazasının Azərbaycanda yerləşdirilməsinə hələ ki bu tezliklə ehtiyaz duyulmamalıdır. Birincisi ona görə ki, əgər Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı bir təhlükə yaranarsa, Türkiyənin Azərbaycana hərbi dəstək edə bilməsi, bir neçə saatda həyata keçirilə bilən məsələdir. İkincisi isə rəsmi Bakının indiki məqamda Türkiyə bazası variantından öz təhlükəsizlik maraqlarını təmin etmək istiqamətində istifadə edə bilməsi daha məqsədəuyğun sayılar.

      
Diqqət edin, Ermənistandakı başı boş siyasətbazların Şuşa Bəyannaməsini “təxribat”, guya onlara qarşı “təhdid” kimi adlandırıb içlərində və çöllərində od tutub yanmalarını bir yana qoysaq da, ancaq onlara atalıq edən Rusiyanın  qısqanclığını görməmək mümkün deyil.

 

       
Doğrudur, bu qısqanclıqda Şuşa Bəyannaməsi açıq şəkildə dilə gətirilməsə də, amma Azərbaycanda Türkiyə hərbi bazasının yerləşdiriləcəyi təhlükəsindən xoflanıb, bir-birinin ardınca rusiyalı dövlət məmurların hay-həşirə düşmələri göz önündədir. Sözsüz ki, Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun, bu ölkənin baş diplomatı Sergey Lavrovun, onun sözçüsü Mariya Zaxarovanın və bəzi Duma üzvlərinin nə deməsindən asılı olmayaraq, rəsmi Bakı öz möqeyində möhkəm dayanmalı və onlara ötən ilin noyabrında Ermənistanın təslim olmasını çətin olsa da həzm etmək zorunda qalan Rusiya Prezidenti Vladimir Putinin Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri şərh edərkən dediyi “Azərbaycan müstəqil, suveren bir dövlətdir, Azərbaycanın özünə kimi müttəfiq seçməsi, onun öz hüququdur. Kim bunu ona inkar edə bilər?”, sözünü xatırlatmalıdır.

       
Əslində, istər Rusiya, istərsə də digər dövlətlər bir şeyi anlamalıdırlar ki, Azərbaycan müstəqil dövlətdir və o hər hansı qərar qəbul edəndə ilk növbədə öz maraqlarından çıxış edir. Əgər Şuşa Bəyyannaməsi Rusiyanı belə narahat edirsə, o zaman Azərbaycanı da, Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, bunun üstündən hələ 2016-cı ildə bağladığı Qafqaz bölgəsində kollektiv təhlükəsizlik üçün “Rusiya və Ermənistan Qoşunlarının Birgə Qruplaşması”nın yaradılması haqda müqavilə, həmçinin Ermənistan ərazisindəki 102-ci hərbi baza və onun Azərbaycan sərhədlərinə yaxın yerdə yeni salınmış iki korpusu narahat edir. Bu üzdən də Rusiyanın “narahatlığının” aradan qaldırılması üçün, rəsmi Bakı indiki halda müdafiəedici mövqe tutmamalı, əksinə hücum diplomatiyasına keçərək Moskvanın qarşısında ən azı iki şərt qoymalıdır:

       
Birincisi, Rusiya Azərbaycanla mövcud siyasi-iqtisadi, dostluq və tərəfdaşlıq münasibətlərini nəzərə alaraq, keçmiş Dağlıq Qarabağ ərazisində hələ də özlərini “rəhbər” sayan separatçı Arutyunyanı, Balasanyanı, bir sözlə onların komandasını, o cümlədən bu günlərdə Azərbaycan prokurorluğu tərəfindən beynəlxalq axtarışa verilən digər “yanların” tutulub Azərbaycana təhvil verilməsinə şərait yaratsın.

     
 İkincisi, Rusiya sülhməramlıları əgər həqiqətən də bu missiyanın icraçılarıdırsa, o zaman 10 noyabr 2020-ci ildə imzalanmış məlum üç tərəfli bəyanatın 4-cü bəndinə uyğun olaraq, Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda və Ağdərədə özlərinə tülkü yuvası qurmuş terrorçu-erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən dərhal çıxarılmasını yerinə yetirsin və adı çəkilən rayonlarda Azərbaycanın Konstitusion hüquqlarının bərpa olunmasına zəmin yaratsın.

      
Əks təqdirdə, rəsmi Bakı öz maraqlarından və təhlükəsizliyindən çıxış edərək, Türkiyənin Azərbaycan ərazisində hərbi baza yaratmasını reallaşdıracağı və bunun ardından BMT-nin qəbul etdiyi prinsiplərə, eləcə də Şuşa Bəyannaməsinə uyğun olaraq Türkiyə ilə bərabər öz ərazisində antiterror əməliyyatlarına start verəcəyi barədə Moskvaya öz fikrini qəti şəkildə bildirməlidir! Əgər Rusiya həqiqətən də Cənubi Qafqazda sülhün və təhlükəsizliyin marağında olan dövlətdirsə, o zaman ilk növbədə erməni terrorçularının kökünün kəsilməsində ya Azərbaycana dəstək olmalı, ya da ki, bu işdə ona mane olmamalıdır.

       
Ancaq daha yaxşı olardı ki, sabah Ermənistan hökumətinə “baş” olacaq şəxs, başı daşdan-daşa dəymiş bu ölkənin birinci Prezidenti Levon Ter Petrosyanın sözlərinə əməl edərək “üzü sulu” ikən Azərbaycana və Türkiyəyə edilən torpaq iddialarından əl çəkib region ölkələri arasında birdəfəlik sülhə, əminamanlığa imza atmış olsun. Yoxsa, ermənilər başqalarının “şturmanlığına” uyub “dənizdən-dənizə” deməklə, quru torpaq üzərində ac qarınlarını yerə sürtərək hələ çox “üzməli” olacaqlar.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə sahillərində zəlzələ olub 4 Avqust 2021, 00:44 Çavuşoğlu: "Azərbaycan ehtiyacımız olan həm qrup, həm də texnika göndərdi" 4 Avqust 2021, 00:38 Müdafiə nazirinin evinə hücum: 6 nəfər yaralandı 4 Avqust 2021, 00:15 Fars körfəzində insident: tanker ələ keçirildi 3 Avqust 2021, 23:54 Rusiyalı sərhədçilər Zəngəzura yerləşdirilib 3 Avqust 2021, 23:40 “Neftçi” Avroliqada ilk matçını qazana bilmədi 3 Avqust 2021, 23:06 FHN-in qrupu Denizlidə yanğınları söndürür 3 Avqust 2021, 22:41 Nazirlik rəsmisi yanğınla bağlı çağırış etdi 3 Avqust 2021, 22:15 Pentaqonda atışma: 1 nəfər öldü 3 Avqust 2021, 22:03 Gəncədə avtomobil yolun kənarında dayanan piyadaları vurdu 3 Avqust 2021, 21:42 Diaspor nümayəndələri qaziləri ziyarət edib - FOTO 3 Avqust 2021, 21:25 Ən populyar smartfon istehsalçıları məlum oldu 3 Avqust 2021, 21:01 FHN-nin qüvvələri Türkiyədə yanğınlarla mübarizə aparır - FOTOLAR 3 Avqust 2021, 20:37 Peyvənd olunanların sayı açıqlandı 3 Avqust 2021, 20:28 Azərbaycanda sutkalıq yoluxma minə YAXINLAŞIR 3 Avqust 2021, 20:19 Daha 3 hərbçinin qalıqları Ermənistana TƏHVİL VERİLDİ 3 Avqust 2021, 20:15 İranın Ermənistandakı səfiri Kəlbəcərlə sərhədə gəldi 3 Avqust 2021, 19:57 Türkiyədə 8 yanğın ocağı qalıb 3 Avqust 2021, 19:36 32 naməlum şəhid məzarının açılmasına qərar verildi - RƏSMİ 3 Avqust 2021, 19:11 Eldəniz Səlimov həbs olundu - VİDEO (YENİLƏNİB) 3 Avqust 2021, 19:02 DİN-dən öldürülən qadınla bağlı iddialara cavab 3 Avqust 2021, 18:53 Lənkəranda yanğın - FHN helikopter göndərdi 3 Avqust 2021, 18:42 Dünya azərbaycanlılarının Türkiyəyə həmrəylik nümayişi   3 Avqust 2021, 18:28 Qoşunlarda yay tədris dövrü başladı 3 Avqust 2021, 18:26 FHN-dən hava ilə bağlı əhaliyə müraciət 3 Avqust 2021, 18:11 MAXE olmaq istəyənlər imtahan verir - VİDEO 3 Avqust 2021, 18:00 “Azərbaycan sağ olsun, helikopter göndərdi” - Çavuşoğlu 3 Avqust 2021, 17:56 MOİK təmsilçisi Olimpiya medalı qazandı 3 Avqust 2021, 17:52 Rusiya yeni hipersəsli raket hazırlayır 3 Avqust 2021, 17:46 Vilayət Eyvazov iki polis rəisini işdən çıxardı 3 Avqust 2021, 17:40 Müstəqil Azərbaycan dövləti bu gün ən yüksək zirvədədir 3 Avqust 2021, 17:34 İşgəncələrə məruz qalan qadın qətlə yetirildi 3 Avqust 2021, 17:28 Yardımlıdakı yanğın hələ də davam edir - VİDEO 3 Avqust 2021, 17:22 Ərdoğan İlham Əliyevə təşəkkür etdi    3 Avqust 2021, 17:16 Manatın məzənnəsi sabit qaldı 3 Avqust 2021, 17:10