Modern.az

Azərbaycan-Misir parlamentlərarası əlaqələri hansı səviyyədədir?

Azərbaycan-Misir parlamentlərarası əlaqələri hansı səviyyədədir?

21 İyun 2021, 15:53

Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr müxtəlif sahələrdə gücləndirilir. Buna həmçinin Azərbaycan-Misir parlamentlərarası əlaqələr də daxildir.

Misir parlamentində dostluq qrupu postsovet məkanında ilk dəfə Azərbaycan ilə yaradılıb və ümumiyyətlə Misir parlamentində yalnız 15-ə yaxın ölkə ilə dostluq qrupu fəlliyət göstərir.


Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov Modern.az-a iki ölkə arasında görüləcək işlər, hazırkı vəziyyət haqqında danışıb.

 

 Azərbaycan və Misir münasibətləri

“Azərbaycan və Misir arasında əlaqələr yaxşı səviyyədədir. Azərbaycan hər zaman Misirlə əlaqələrə xüsusi önəm verib. Misir və Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvləridir. Bunun  çərçivəsində də bir çox işdə birgə fəaliyyət göstərirlər. Bizim ordakı səfirimiz də Misirin aidiyyəti qrumları ilə çox aktiv şəkildə işləyir. Həmçinin diaspora da üzərinə düşən işləri  görür. Bu əlaqələrin daha da inkşaf etməsi üçün əlavə potensiallar var. Misir prezidentinin Azərbaycana səfəri nəzərdə tutulmuşdu, müəyyən açıqlamalar verilmişdi. Biz isə parlament səviyyəsində əlaqələrin daha da gücləndirilməsinə çalışırıq. Bu yaxınlarda Milli Məclisin sədri Sahib Qafarova Misir səfiri ilə görüşüb. Görüş zamanı parlamentlərarası ikitərəfli əlaqələr müzakirə olundu. Misirin Azərbaycanda səfirliyi ilə də danışıqlar aparılır, yaxın zamanda görüş  planlaşdırırıq”. 

 

 Parlamentlərarası əlaqələr…


Deputatın sözlərinə görə, Misir müsəlman ölkəsidir və ortaq dəyərlər var. Ona görə də bu imkandan isitfadə etməliyik:


“44 günlük müharibə dövründə bizim dostluq qrupu Misir parlamentinə Ermənistanın cinayətləri haqqında müxtəlif müraciətləri edib. Bu sahədə bizim dostluq qrupu fəal  işləyir. Amma hazırda bir məqamı qeyd etməliyik ki, Misir parlamentində bu yaxınlarda seçkilər keçirildi. Dostluq qrupunun üzvləri  hələ də tam müəyyən edilməyib, xüsusilə də onun rəhbəri tam məlum deyil. Bununla bağlı  səfirlik davamlı olaraq Misirin aidiyyəti qrumları ilə birlikdə əlaqədədir. Bu məsələ ətrafında fikir mübadiləsi aparılır.


Biz həmçinin erməni diasporu ilə də mübarizə aparırıq. Erməni diasporunun Misirdə fəal olma səbəblərindən biri də ermənilərin orda daha çox yaşamasıdır. Həmçinin, ayrı-ayrı dövlət qurumlarında çalışırlar. Amma biz inanırıq ki, Misirin dostluq qrupunun rəhbəri müəyyənləşdikdən sonra parlamentlərarasıəlaqələr daha da möhkəmlənəcək.  Planlaşdırırıq ki, bu işlər qaydaya düşdükdən sonra Misir parlamenti ilə birgə tədbirləri həyata keçirək. Bura Azərbaycan həqiqətlərinin çatdırılması, ermənilərin ifşası ilə bağlı işlər daxildir. Orda həmçinin bizim də diaspor cəmiyyətimiz var. Onlar da bu sahədə müəyyən işlər görürlər. Amma biz bu sahədə işlərimizi daha da möhkəmləndirməliyik. Misir müsəlman ölkəsidir və ortaq dəyərlər var. Bu potensial ətrafında sıx işbirliyi qura bilərik.  Dostluq qrupunun üzvləri tam təyin olunduqdan sonra onların Azərbaycana  səfəri məsələsi də nəzərdən keçiriləcək. Əlbəttə ki burda bizim aidiyyəti qrumlarla birgə məsələhətləşmələr olacaq. Daha sonra bu istiqamətdə müəyyən işlər görülməsinə başlanılacaq”.

 

Aysel Məhərrəm

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər