Modern.az

Köçəryanın Xankəndidəki ssenarisinə hazır olmalıyıq! - Politoloq

Köçəryanın Xankəndidəki ssenarisinə hazır olmalıyıq! - Politoloq

22 İyun 2021, 14:05

“Robert Köçəryan parlament seçkilərindəki məğlubiyyətini həzm edə bilmir, depressiya içindədir. O özünü müxalifətdə görə bilmir, hətta parlamentdə deputat kimi əyləşməyi özü üçün təhqir hesab etdiyindən qanunverici orqanın işində iştirak etməyəcəyinə dair açıqlama verib”.


Modern.az
-ın məlumatına görə, bunu siyasi ekspert Elxan Şahinoğlu bildirib.

“Köçəryan hazıra öyrəşib. Köçəryanı əvvəlcə Qarabağda separatizmin başına gətirdilər, bir müddət sonra Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan onu Ermənistanda baş nazir təyin etdi. Köçəryan bir il keçməmiş Levon Ter-Petrosyanı devirərək prezident kürsüsünü qapazladı.

Köçəryan seçkidə məğlubiyyətinin əvəzində indi də Qarabağı qarışdırmağa başlayıb. Onun Qarabağdakı adamları digər separatçı Araik Arutunyanı devirmək istəyirlər. Rusiya qarışmır. Görünür, Rusiyadakı mərkəzlər hesab edirlər ki, Köçəryanı Ermənistanda hakimiyyətə gətirə bilmədilər, heç olmazsa Qarabağda radikallar baş rolda olsunlar”,-E.Şahinoğlu qeyd edib.

Xankəndidəki aksiyaları nəzərdə tutan politoluqun sözlərinə görə, bu, Paşinyan üçün pis ssenaridir.

"Nikol Paşinyan müharibədə məğlub olsa da, tərəfdarı Araik Arutunyan vasitəsilə bir gözüylə Xankəndiyə baxır. Ancaq separatçılar Araiki devirib Köçəryan kimisini Xankəndidə oturtsalar, ermənilər arasında nifaq daha da dərinləşəcək.

Bizə gəldikdə Xankədidəki hadisələri kənardan seyr etmək məcburiyyətindəyik. Köçəryanın Qarabağdakı əsas adamı onun kimi digər qatil, qondarma qurumun “təhlükəsizlik şurası” rəhbəri Vitali Balasanyandır. Araik, Balasanyan və ya qeyrisi – hamısı separatçıdır. Bizim üçün “yaxşı separatçı” və ya “pis separatçı” anlayışı yoxdur. Xankəndidə qarşıdurma güclənəcəyi və bir-birlərinə atəş açmaları istisna deyil. Buna da hazır olmalı və nə edəcəyimizi əvvəlcədən bilməliyik”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...