Modern.az

Xocasən gölünün ətrafında yeni Nəbatat bağı salınacaq

Xocasən gölünün ətrafında yeni Nəbatat bağı salınacaq

Aktual

22 İyun 2021, 18:00

“Bakının Baş Planına əsasən, Xocasən gölünün ətrafında yeni Nəbatat bağı salınacaq”.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

 

O bildirib ki, Bakı şəhərinin Baş Planına uyğun olaraq, həmçinin göllərin regenerasiyası həyata keçiriləcək.

 

A. Əkbərli bildirib ki, bundan əlavə, milli parkların ərazisinin genişləndirilməsi, sanitar-mühafizə zonasında dost ekoloji mühitin yaradılması nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı