Modern.az

Putindən növbəti QARABAĞ AÇIQLAMASI: “Rusiyanın həlledici səyləri...”

Putindən növbəti QARABAĞ AÇIQLAMASI: “Rusiyanın həlledici səyləri...”

23 İyun 2021, 11:10

“Dağlıq Qarabağdakı konflikt Rusiyanın həlledici səyləri nəticəsində dayandırıldı”.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə prezident Vladimir Putinin Moskva Beynəlxalq Təhlükəsizlik Konfransının üzvlərinə müraciətində deyilir.


“Rusiya tarixi, mədəni və insani baxımından ona yaxın qonşu ölkələrin təhlükəsizliyi və çiçəklənməsi üçün daşıdığı məsuliyyəti heç zaman unutmur”- deyə Putin söyləyib.

 

O, Qarabağda yerləşdirilən sülhməramlıların humanitar situasiya, ərazilərin minalardan təmizlənməsi və sosial infrastukturun bərpası baxımından böyük işlər gördüyünü də əlavə edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi