Arxiv
23 İyun 2021, 12:34 | TƏHSİL
Emin Əmrullayev Bakı Ali Neft Məktəbində  

 

Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev Bakı Ali Neft Məktəbini (BANM) ziyarət edib.

 

Modern.az xəbər verir ki, ilk olaraq Bakı Ali Neft Məktəbinin tədris kampusuna, Ali Məktəbin maddi-texniki bazasına, sosial infrastrukturuna baxış keçirilib.

 

Nazir Ali Məktəbdə yaradılmış tədris şəraiti və tədqiqat mühiti ilə yaxından tanış olub, tədris otaqlarına, tədqiqat laboratoriyalarına baxış keçirib.

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədris şəraiti, tələbələrə yaradılan imkanlar, həyata keçirilən tədqiqat işləri barədə nazirə ətraflı məlumat verib.

 

Daha sonra BANM-in tələbə, professor-müəllim heyəti ilə görüşən nazir çoxsaylı sualları cavablandırıb.  

 

Görüşdə Ali Məktəbdə təhsil alan Prezident təqaüdçüləri, Respublika və beynəlxalq fənn olimpiadalarının qalibi olmuş və BANM-ə müsabiqədənkənar daxil olmuş tələbələr, eləcə də ən yüksək bal toplayan, Ünumi Orta Müvvəffəqiyyət Göstəriciləri yüksək olan tələbələr iştirak edib. 

 

Tədbiri giriş sözü ilə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov açaraq nazirə gərgin iş qrafikinə baxmayaraq, tələbələrə, Bakı Ali Neft Məktəbinə vaxt ayırdığı üçün təşəkkür edib. Rektor son illər təhsil sahəsində aparılan islahatları yüksək qiymətləndirərək, pandemiya dönəmində də təhsilin fasiləsizliyinin yüksək səviyyədə təmin edilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Bu istiqamətdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən işlərin beynəlxalq tələblərə uyğun olduğunu bildirib. 

 

Elmar Qasımov nazir Emin Əmrullayevin təşəbbüsü ilə Respublika və beynəlxalq fənn olimpiadalarının qalibi olmuş şagirdlərin ali məktəblərə müsabiqədənkənar qəbul olması sayəsində bu gün BANM-də onlarla istedadlı gəncin təhsil aldığını vurğulayıb. 

 

Təhsil naziri Emin Əmrullayev isə çıxışında Bakı Ali Neft Məktəbində yaradılan tədris mühitindən məmnunluğunu ifadə edib. 

 

“Burada böyük faiz nisbəti ilə təhsil almaq istəyən tələbələr üçün müasir Ali Məktəb modeli yaradılıb. İllərdir Bakı Ali Neft Məktəbi qəbul göstəriciləri, Prezident təqaüdçülərinin sayı ilə liderliyini qoruyub saxlayır. Təhsil üçün yaradılan şərait intellektual kontingentə tam uyğundur. Bu o deməkdir ki, Azərbaycanda təhsil alıb, savadlı, bacarıqlı olmaq üçün hər bir şərait yaradılıb. Tələbələrə savad, biliklə yanaşı, bacarıqların da aşılanmasının tərəfdarıyam”. - deyə nazir qeyd edib. 

 

E.Əmrullayev distant təhsil, distant diplomların tanınması, əlavə ixtisas dərslərinin alınması, orta məktəblərdə şagirdlərə bacarıqların öyrədilməsi, müəllimlərin işə qəbul prosesi, tələbə və şagirdlərin biliyinin qiymətləndirilməsi metodologiyası, buraxılış, qəbul və semestr imtahanları ilə bağlı sualları ətraflı cavablandırıb.

 

Nazir yerli əmək bazarında kadr potensialının gücləndirilməsi üçün Bakı Ali Neft Məktəbində yeni ixtisasların açılmasının vacibliyini vurğulayıb. 

 

Rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinin bariz nümunəsi olaraq, yüksəkixtisaslı, ingilisdilli kadr yetişdirmək missiyasını bundan sonra da şərəflə davam etdirəcəyini qeyd edib. 

 

Sonda Emin Əmrullayevə Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi təqdim olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bir gündə rekord sayda peyvənd vuruldu 31 İyul 2021, 19:40 Türkiyəyə alovun içində qardaş dəstəyi - VİDEO 31 İyul 2021, 19:33 Marmaris bələdiyyəsi Azərbaycana təşəkkür etdi 31 İyul 2021, 19:25 Bitkoinin qiyməti 42 min dollara çatdı 31 İyul 2021, 19:20 Bakıda Reza Deqatinin sərgisi təşkil olundu - FOTOLAR 31 İyul 2021, 19:10 Həbsdən çıxanlar özünüməşğulluq proqramına cəlb edilir 31 İyul 2021, 19:00 Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini TƏBRİK ETDİ 31 İyul 2021, 18:34 Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir - FOTO   31 İyul 2021, 18:20 FHN-nin növbəti qrupu Türkiyəyə yola düşür - VİDEO 31 İyul 2021, 18:11 “Belə zamanlarda qardaşlığa çox ehtiyac duyulur” - Ərdoğan 31 İyul 2021, 18:02 Yoluxma sayı açıqlandı - 1 nəfər vəfat edib 31 İyul 2021, 17:50 FHN əməkdaşları Türkiyədə dəhşətli anlar yaşadı - VİDEO 31 İyul 2021, 17:35 BMT-dən aclıq fəlakəti ilə bağlı xəbərdarlıq   31 İyul 2021, 17:27 Eldəniz Səlimovun polis haqqında dedikləri... 31 İyul 2021, 17:05 Bakıda 546 küçə dezinfeksiya edilib 31 İyul 2021, 16:57 Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm” 31 İyul 2021, 16:48 Keniyalı atletdə dopinq aşkarlandı 31 İyul 2021, 16:23 Hərbçilər üçün konsert verilib - FOTOLAR 31 İyul 2021, 16:14 Nazirlik: Neft ixracı azalıb   31 İyul 2021, 16:05 Həlak olan əsgərimizin FOTOSU 31 İyul 2021, 15:51 Tokio-2020: Futbol yarışlarında ilk yarımfinalçı bəlli oldu 31 İyul 2021, 15:43 Azərbaycan Ordusunun əsgəri həlak oldu  31 İyul 2021, 15:35 Doktoranturaya sənəd qəbulu başa çatır 31 İyul 2021, 15:32 Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr   31 İyul 2021, 15:29 Qadınların da olduğu narkotik şəbəkəsi ifşa edildi 31 İyul 2021, 15:08 Əfqanıstanda 60 nəfər selin qurbanı oldu 31 İyul 2021, 15:00 Bodrumda daha bir meşə yanğını 31 İyul 2021, 14:52 İranda bir gündə 286 nəfər COVID-19-dan öldü 31 İyul 2021, 14:44 FHN-də yanğınla bağlı müşavirə keçirildi 31 İyul 2021, 14:37 56 cinayətin üstü “isti izlər”lə açıldı 31 İyul 2021, 14:30 İlham Əliyev İsveçrə Prezidentinə məktub göndərdi 31 İyul 2021, 14:25 Onlayn "patı" satan şəxs saxlanıldı - VİDEO 31 İyul 2021, 14:23 53 deputatdan Eldəniz Səlimovla bağlı spikerə MÜRACİƏT 31 İyul 2021, 14:22 Eldəniz Səlimov yoxa çıxıb - Deputatlar da onu tapa bilmir 31 İyul 2021, 14:19 ADU-da Pakistan Mədəniyyət Mərkəzi açıldı - FOTOLAR 31 İyul 2021, 14:16