Modern.az

Ötən il bu iki məktəbin heç bir məzunu tələbə ola bilməyib

Ötən il bu iki məktəbin heç bir məzunu tələbə ola bilməyib

23 İyun 2021, 16:22

2020-ci ildə Bakı şəhərinin ümumtəhsil müəssisələrini 19628 şagird bitirib və onların 19172 nəfəri buraxılış imtahanında iştirak edib.

Modern.az xəbər verir ki, bu barədə bu barədə Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanan “Abituriyent” jurnalının 12-ci buraxılışında qeyd edilib. Jurnalda vurğulanıb ki, şəhərin məzunlarının buraxılış imtahanında topladıqları orta bal respublika üzrə orta göstəricidən tədris dili fənni üzrə (59.44) 19.61%, riyaziyyat fənni üzrə (33.96) 15.35%, xarici dil fənni üzrə (45.23) 22.93%, hər üç fənn üzrə birlikdə topladıqları orta bal (138.64) isə respublika üzrə orta göstəricidən 19.67% yuxarıdır.

Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 12.42%-i 30 və daha az, 50.09%-i 30-70 intervalında, 37.48%-i 70-dən çox bal toplayıb. Riyaziyyat fənni üzrə bu göstəricilər müvafiq olaraq, 55.53%, 31.69% və 12.78%, xarici dil fənni üzrə isə 37.90%, 39.32% və 22.78% olmuşdur. Ümumilikdə 19421 nəfər attestat alıb. Attestat alanların 82.33%-i (15989 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 61.21%-i (11888 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib.

Qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 9971 məzunu (imtahanlarda iştirak edənlərin 55.47%-i) tələbə adını qazanıb. Onların 55.06%-i (5490 nəfəri) dövlət, 2.35%-i (234 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 33.11%-i (3301 nəfəri) dövlət, 9.49%-i (946 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub. Şəhərin məzunlarının 2010 nəfəri 500-dən, o cümlədən 573 nəfəri 600-dən yuxarı bal toplayıb.

Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub. Abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb: 0-100 intervalında 10.58% (1692 nəfər), 100-200 intervalında 23.44% (3748 nəfər), 200-300 intervalında 22.38% (3578 nəfər), 300-500 intervalında 31.03% (4961 nəfər), 500-dən yuxarı 12.57% (2010 nəfər).

Beləliklə, Bakının abituriyentlərinin yalnız 43.60%-i 300-dən yuxarı bal toplayıb. Şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 4.67%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 45.53%-dir. Qəbul imtahanlarında 304 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 185 saylı və 105 saylı tam orta məktəblərin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. Respublika üzrə yaxşı məktəblərin sırasına bu il şəhərin 54, 108, 129, 145, 270, 290, 313, 327 saylı tam orta məktəbləri, 20, 62, 72, 83 və 220 saylı məktəb-liseyləri, Texniki humanitar lisey, 291 saylı Ekologiya liseyi, 160 saylı klassik gimnaziya və 287 saylı “Zəkalar” liseyi daxil olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!