Modern.az

İranda jurnalistləri daşıyan avtobus qəzaya düşdü

İranda jurnalistləri daşıyan avtobus qəzaya düşdü

Aktual

23 İyun 2021, 20:34

İranlı jurnalistləri daşıyan avtobus aşıb.

 

Modern.az xəbər verir ki, bunu Nəqədə şəhər başçısı Mənuçehr Şakir deyib.

 

Onun sözlərinə görə, Qərbi Azərbaycan əyalətində yerləşən Kani Sib su bəndindən reportaj hazırlamaq məqsədilə Nəqədə şəhərinə səfər edən jurnalistlərin avtobusunun aşması nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb.

 

Yaralı jurnalistlərdən bir neçəsinin vəziyyəti ağırdır.

 

Yaralılar Nəqədə şəhər xəstəxanasına yerləşdirilib.

 

Ölən jurnalist xanımlar "İRNA" və "İSNA" agentliklərinin əməkdaşlarıdır.

 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır