Modern.az

Niyazi Bayramov sakinlərin müraciətlərini qeydiyyata götürdü

Niyazi Bayramov sakinlərin müraciətlərini qeydiyyata götürdü

Aktual

24 İyun 2021, 15:32

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla görüşüb, onların şikayət və təkliflərini dinləyib.

 

Modern.az xəbər verir ki, görüşdə sakinləri narahat edən məsələlər dinlənilib, dilə gətirilən problemlərin həlli üçün müvafiq tədbirlər görülüb.


Səsləndirilən məsələlər arasında işlə təminat, müalicə üçün göndərişin verilməsi, fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinə köməkliyin göstərilməsi, kimi məsələlər üstünlük təşkil edib.
Sakinlərin müraciətlərini tək-tək dinləyən şəhər rəhbəri, səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə öz həllini tapıb. Digərləri isə araşdırılaraq, qanuna müvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır