Modern.az

Koçaryana qarşı yeni ittihamlar İRƏLİ SÜRÜLƏ BİLƏR

Koçaryana qarşı yeni ittihamlar İRƏLİ SÜRÜLƏ BİLƏR

Dünya

29 İyun 2021, 16:24

Ermənistanın eks-prezidenti Robert Koçaryana qarşı yeni ittihamlar irəli sürülüb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə prokuror Gevork Baqdasaryan açıqlama verib.

 

Baqdasaryanın fikrincə, Konstitusiya Məhkəməsinin Koçaryana qarşı “konstitusion quruluşun devrilməsi” maddəsi ilə açdığı cinayət işinə xitam verməsi proseduru pozuntularla müşahidə olunub.

“İlk növbədə, Koçaryan və digər ittiham olunan şəxslər məhkəmə qərarı zamanı iclasda olmayıblar. İkincisi, maddənin anti-konstitusion tanınması cinayət tərkibinin olmaması anlamına gəlmir”.

 

Baqdasaryanın fikrincə, yeni reallıq fonunda Konstitusiya Məhkəməsi Koçaryana qarşı yeni ittihamların irəli sürülməsinə dəstək ola bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü