Modern.az

Toy müğənniləri qiymətləri gizlətdilər: “Bu, bizim məxfi məsələmizdir”

Toy müğənniləri qiymətləri gizlətdilər: “Bu, bizim məxfi məsələmizdir”

Mədəni̇yyət

1 İyul 2021, 16:30

Uzun bir müddətdən sonra nəhayət ki, Azərbaycan ərazisində şənlik mərasimlərinin, eyni zamanda toyların keçirilməsinə icazə verilir.

Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişad, ad günü və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul edib. Mərasimlər müəyyən şərtləri nəzərə almaqla keçirilməlidir.

Toy adı çəkiləndə ən birinci müğənnilər yada düşür. Danılmazdır ki, şənlik mərasimlərinin keçirilməsinə qoyulan qadağa ən çox müğənnilərə zərər vurub.

Maraqlıdır, pandemiyadan sonra müğənnilərin toy qiymətlərindəki dəyişiklik neçədir?

Modern.az-ın əməkdaşı bu sorğu ilə müğənnilərə müraciət edib.

Məşhurlardan bir qismi sorğunu cavablandırsa da, digər qismi mövzudan yayınmağa çalışıb. Hətta bəziləri isə bunun şəxsi məsələ olduğunu deyib, telefonu söndürüblər.


Müğənni Manaf Ağayev pandemiyadan çıxdığımız üçün qiymət artımı olmadığını dedi:


“Pandemiyadan öncə ilə indiki zaman arasında qiymətlər barədə dəyişiklik yoxdur. Hətta əksər insanlara güzəştlər də olur. Artıq təxminən 10 toya dəvət almışam”.

Müğənni Mətanət Əsədova isə ümumiyyətlə bu haqda danışmaq istəmədiyini vurğuladı:


“Bu barədə mən heç nə danışmaq istəmirəm. Bu mənim şəxsi məsələmdir”.


Vasif Məhərrəmli
də danışmaq istəməyənlər sırasında idi:


“Toy qiyməti hər müğənninin özünə aid məxfi məsələsidir. Bu açıqlanmır. Artıq toylar başlayıb, dəvətlər də almışam”. 

Nazənin Salayeva toy qiymətlərində heç bir dəyişiklik etmədiyini dedi:


“Bizdə heç bir dəyişiklik yoxdur. Hər şey öz qaydasında davam edir”.


Gülyanaq Məmmədova
qiymətin hər bir insana görə dəyişdiyini bildirdi:

“Şükür Allaha ki, insanların üzləri az da olsa güldü. Toylara icazə verilməsi tək sənət adamlarının yox, bütün hər kəsin sevincinə səbəb oldu. Qiymət məsələsində isə insanlara nəzər yetiririk. Əgər yaxşı yerdə edirsə, bilirsən ki, imkanı var. Əvvəllər “500 qonağım var” deyən insan, indi 100 qonağı olduğunu söyləyir”.


Gülyanaq xanımdan fərqli bacısı Gülyaz Məmmədova sorğumuza cavab vermədi:

“Mənə toylarla bağlı suallar verməyin. Başqa hansı sual olsa, cavablandıraram”.

Xatirə İslam da sualımızə cavablandırmaq istəmədi:

“Mən müsahibə və açıqlama verməyi sevmirəm. Eyni zamanda, toylar barəsində də danışmaq istəmirəm”.

 

Fidan İlqar

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı