Modern.az

Hakimlərin sayının artırılması nəzərdə tutulur - Vitse-spiker 

Hakimlərin sayının artırılması nəzərdə tutulur - Vitse-spiker 

Aktual

2 İyul 2021, 12:50

"Prezidentin müvafiq fərmanında hakimlərin sayının artırılması nəzərdə tutulur. Bu, hakimlərin iş yükünün azaldılması məqsədi daşıyır”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında vitse-spiker Əli Hüseynli Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.

 

Deputat qeyd edib ki, bu ilin fevral ayında 44 yeni hakim təyin olunub:

 

“44 hakim hazırlıq mərhələsindədir. Hakimlərin seçilməsi prosesi davamlı şəkildə gedir. Ümumilikdə, Prezidentin fərmanın tətbiqi ilə bağlı 2 il ərzində çox ciddi işlər gedir. Bu ilin payızında hakim korpusunun sayı kifayət qədər artmış olacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir