Modern.az

Rezidenturaya qəbul üçün 2-ci cəhdin qeydiyyatı başladı

Rezidenturaya qəbul üçün 2-ci cəhdin qeydiyyatı başladı

Təhsil

16 İyul 2021, 09:55

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başlayıb.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, namizədlərin qeydiyyatı bu gündən başlayaraq iyulun 22-dək internet vasitəsi ilə aparılır. 

 

İyun ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən namizədlər təkrar imtahanda (2-ci cəhddə) iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (60 AZN) əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (//eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?