Arxiv
19 İyul 2021, 12:54 |
Qarabağ üzərindən yeni geosiyasi rəqabət: Avropa İttifaqının məqsədi nədir? - TƏHLİL
Qarabağ üzərindən yeni geosiyasi rəqabət: Avropa İttifaqının məqsədi nədir? - TƏHLİL

Ermənistandakı parlament seçkilərindən sonra rəsmi İrəvan və Avropa İttifaqı əlindəki kartları dəyişdirdi, halbuki, bundan əvvəl Avropa İttifaqı postmüharibə dövrünün tələbləri çərçivəsində Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlı idi.


Avropa İttifaqı indi də Bakı ilə münasibətlərin təməllərini möhkəm zəminlər üzərində qarantiyaya almaq istəyir, lakin ikili oyun oynamaqla beynəlxalq yanaşmalarda qərəz nümayiş etdirir.


Bunun səbəbi kimi iki versiyanı irəli sürə bilərik:

  1. 1. Bu, Qarabağ üzərində beynəlxalq güclərin geosiyasi rəqabətinin təzahürüdür;

  2. 2. Avropa İttifaqı Rusiyanı yeni geosiyası reallıqda kənara sıxışdırmaq istəyir və buna görə Ermənistan kartından istifadə edir.


Azərbaycan isə İrəvandan fərqli olaraq dövlətlərarası münasibətlərdə bərabərhüquqlu prinsiplərlə çıxış edir. Ancaq görünür ki, Bakının balanslı mövqeyi Avropa İttifaqına sərf etmir, ona görə də verdiyi bəyanatlar diplomatik və iqtisadi münasibətlərin təzahürləri kimi səslənsə də, onlarda qızışdırıcı motivlər çoxdur.


Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin İrəvana səfəri zamanı səsləndirdiyi bir rəqəm postmüharibə dövründə Ermənistanın xeyrinə yönəlmiş addımın ifadəsi kimi xarakterizə oluna bilər.


Söhbət ondan gedir ki, Şarl Mişel Avropa İttifaqının Ermənistana 2.6 milyard avro ayıracağını bildirib.


Bunu geosiyasi rəqabətdə Rusiya əleyhinə işə salınmış təsir mexanizminin bir parçası kimi qiymətləndirmək olar, bununla bağlı fikrimizi izah edəcəyik.


Hələlik isə, səbəb nə olursa olsun, Avropa İttifaqının Azərbaycan və Ermənistana münasibətdə maliyyə balansını pozmasını Bakıya qərəzli siyasətin göstəricisi kimi dəyərləndirmək lazımdır.


Birincisi, Ermənistan müharibədə məğlub olsa da, işğalçı ritorikasına son qoymayıb və yekun sülhə əngəl törədən davranışlar sərgiləyir.


İkincisi, Azərbaycanın işğaldan azad etdiyi ərazilər erməni vandalizminin qurbanına çevrilib və xarabalığı xatırladır, yenidənqurma işləri üçün daha çox pul Bakıya ayrılmalı idi.


Lakin Avropa İttifaqı Azərbaycana 150 milyon avroluq paket nəzərdə tutub, bu isə ikili standartın növbəti təzahürüdür.


Halbuki, Avropa İttifaqı Ermənistana böyük məbləğdə həcmi o zaman ayırmalı idi ki, İrəvan revanşist ritorikaya son qoysun və sülhə qeyd-şərtsiz töhfələr versin.


Rusiya amilinə gəlincə, Ermənistanda seçkidən sonra Nikol Paşinyanı ayaqda saxlayan qüvvələr sırasında Kreml başda gəlirdi.


Belə ki, Rusiya istəsəydi, Ermənistandakı bütün təsir rıçaqlarını işə salar və Paşinyanın devrilməsi üçün hərbi çevriliş cəhdlərinə yardım edərdi.


Bunun üçün Kremlin əlində güclü vasitələr mövcud idi:

  1. 1. Ermənistanda Rusiyanın hərbi bazası;

  2. 2. Ermənistan enerji bazarları da daxil olmaqla iqtisadiyyatın əksər sahələrini ələ alan Rusiyaya bağlı şəxslər.


Bununla belə, Rusiya konfrontasiyaya getmədi, Kremlə bu sərf də etmirdi, lakin indi İrəvan bunu dəyərləndirmək əvəzinə yenidən ikili oyun oynayır.


Paşinyanın Qərb dairələri ilə işbirliyini inkişaf etdirməsi həm də Rusiyanın əleyhinə işlənən siyasi layihələrin tərkib hissəsidir.


İndi Paşinyanın Qərbə qucaq açması Avropa İttifaqını da şirnikləndirir və 2.6 milyard avroluq yardım Ermənistanı Rusiyanın təsir dairəsindən tamamilə çıxarmağa hesablanıb.


Ona görə də, bunun elementləri Qarabağ məsələsinə münasibətdə də özünü göstərir, təsadüfi deyil ki, Şarl Mişel İrəvanda olarkən gorbagor olmuş “status” amilini yenidən gündəmə gətirib.


Paşinyan mövqeyindəki ikili çalarları gücləndirərsə, Moskva Ermənistanla münasibətlərdə redaktələr etmək məcburiyyətində qala bilər.


Bəs Kremlin hansı ssenariləri həyata keçirməsi mümkündür?

  1. 1. Ermənistandakı hərbi bazasını çıxarmaq. Burada mesaj ondan ibarətdir ki, hərbi baza olmadığı təqdirdə, sənin suverenliyin təhlükə altındadır;

  2. 2. Ermənistana satdığı təbii qazın qiymətləri ilə bağlı şantajların davam etdirilməsi, bununla da Ermənistanın enerji bazarını məhvə sürükləmək.

Avropa İttifaqının kursundakı dəyişikliklərin bir səbəbi də Türkiyə amili ilə bağlıdır.

Fikir verirsinizsə, Avropa İttifaqı Şuşa Bəyannaməsindən sonra mövqeyini Ermənistanın xeyrinə dəyişdirmək niyyətlərini dilə gətirib.

Səbəbə gəlincə: Avropa İttifaqı Türkiyənin Cənubi Qafqazda hərbi iştirakının və siyasi iradəsinin möhkəmlənməsini istəmir. Bu məsələdə Fransa Prezidenti Emmanuel Makronla eyni ideoloji platformadan çıxış edir.

Şarl Mişelin Bakı səfəri və Prezident İlham Əliyevlə görüşünə gəlincə, bununla bağlı ayrıca yazımız olacaq.

Qısa onu deyə bilərik ki, Şarl Mişel İrəvandakı “status” bəyanatını Bakıda təkrarlamadı, heç İlham Əliyev buna imkan da verməzdi.


Aqşin Kərimov

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
Vağzalda sərnişinlərlə stansiya rəisi arasında insident
İran Xəzəryanı ölkələr üçün yeni təklif verdi 15:23, Bu gün TƏBİB-in xəstəxanalarında ödənişli xidmətlərin siyahısı və tarifləri TƏSDİQLƏNDİ 15:20, Bu gün Liderlərin Praqa görüşü Moskvanı qıcıqlandırdı - Rusiyadan AÇIQLAMA 15:16, Bu gün 44 ölkənin liderləri bir arada - YENİLƏNİB 15:08, Bu gün Praqada Əliyevdən nə istəyə bilərlər? - TƏHLİL 15:04, Bu gün “Hindistanın verdiyi silahlar erməniləri məhvə aparır” – Pakistanlı ekspert 15:00, Bu gün Ədəbiyyat üzrə Nobelin qalibi açıqlandı 14:56, Bu gün KTMT regionda sülhün qorunmasına çalışır - Zaxarova  14:52, Bu gün Türkiyə İsrailə səfir TƏYİN ETDİ 14:48, Bu gün Zəngilanda digər kəndlərin də təməli qoyulacaq 14:44, Bu gün Azərbaycanın FIFA referiləri təyinat alıb 14:40, Bu gün Putin sabah MDB liderlərilə görüşəcək 14:36, Bu gün ABŞ-da Azərbaycan multikulturalizmi fənni tədris ediləcək 14:32, Bu gün Ərdoğan Praqada səfərdədir - Paşinyanla görüşəcək 14:28, Bu gün Azərbaycanda tutulan şəxs Özbəkistana ekstradisiya edildi 14:24, Bu gün Gömrük Akademiyasında estoniyalı nümayəndələrlə görüş keçirilib 14:20, Bu gün Bakıda şirniyyat evi YANDI 14:16, Bu gün Uğrunda can verdiyimiz, gülüstana çevrilən Qarabağ 14:12, Bu gün Zakir Həsənovu ittiham edən polkovnik həbs olundu 14:08, Bu gün "Ağılll şəhər"in Skandinaviya modeli araşdırılır 14:04, Bu gün Bakı qəribə adlardan təmizlənir – Artıq xeyli küçəyə şəhidlərin adı verilib 14:00, Bu gün Dünya mətbuatı Edillidəki kütləvi məzarlıqdan YAZIR 13:56, Bu gün Əli Əsədov Moskvada Zəngəzur dəhlizindən DANIŞDI 13:52, Bu gün Gələn ay Mişel-Əliyev-Paşinyan görüşü keçiriləcək 13:48, Bu gün Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi bərpa edilir 13:44, Bu gün Eks-nazir və sabiq müavinə yeni vəzifə verilir 13:40, Bu gün Özlərini təhlükəyə atan oğrular ələ keçdi - VİDEO 13:36, Bu gün Motosikletlə narkotik daşıyan qardaşlar TUTULDU 13:32, Bu gün Sabiq müstəntiqin cəzası azaldıldı 13:28, Bu gün Türkiyə Rusiyadan qaz alışını AZALDIR 13:24, Bu gün AFFA “Qarabağ” və “Neftçi”ni cərimələdi 13:20, Bu gün İlham Əliyev: “Azərbaycan Brüssel formatını dəstəkləyir” - YENİLƏNİB 13:18, Bu gün Sahibə Qafarova Mustafa Şentopla GÖRÜŞDÜ 13:16, Bu gün Rusiyaya qarşı 8-ci sanksiya paketi TƏSDİQLƏNDİ 13:12, Bu gün İki qadını şantaj edən şəxs saxlanıldı 13:08, Bu gün Ermənistan Haaqa Məhkəməsinin qərarını yerinə yetirmir 13:04, Bu gün Xocalı qatilləri cəzalandırılsaydı, Gəncə terroru olmazdı - DEPUTAT 13:00, Bu gün Azərbaycan multikulturalizmi və erməni icması 12:56, Bu gün 734 QHT Edilli məzarlığı ilə bağlı bəyanat yayıb 12:52, Bu gün