Modern.az

Gələn ay da həftəsonları ictimai nəqliyyat işləməyəcək 

Gələn ay da həftəsonları ictimai nəqliyyat işləməyəcək 

22 İyul 2021, 12:34

Avqustun 30-na qədər həftəsonları ictimai nəqliyyat, o cümlədən metro işləməyəcək.

 

Modern.az-ın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun Nazirlər kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə qərarında əksini tapıb.

 

Qərara əsasən, 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək, 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır