Modern.az

Şəmkirdə ağır qəza: 2 nəfər öldü

Şəmkirdə ağır qəza: 2 nəfər öldü

23 İyul 2021, 21:31

Şəmkirdə qəzada ölənlərin adları məlum olub.

 

İki minik avtomobilin toqquşması zamanı "VAZ 2106" markalı avtomobilin sürücüsü, 1936-cı il təvəllüdlü Əkəbərov Əli Tağı oğlu və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Əkbərova Gülvar Qoşqar qızı hadisə yerində ölüblər.

 

Qeyd edək ki, qəzada ölənlər ər-arvaddır.

 

***

 

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

 

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ilə "VAZ "markalı avtomobil toqquşub.

Qəza zamanı iki nəfər hadisə yerində ölüb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır (apa).

 
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi