Modern.az

Baydenin reytinqi ilk dəfə 50 faizə endi

Baydenin reytinqi ilk dəfə 50 faizə endi

Dünya

24 İyul 2021, 12:57

ABŞ Prezidenti Cozef Baydenin fəaliyyətinin dəstək reytinqi dövlət başçısı vəzifəsinin icrasına başladığı vaxtdan bəri ilk dəfə 50 faizə enib.

 

Bu barədə məlumat “Gallup” sosioloji xidmətinin iyul ayında dərc edilən sorğusunun nəticələrində yer alıb.

 

Sorğunun yekunlarına əsasən, amerikalıların 45 faizi Cozef Baydenin prezident kimi fəaliyyətini dəstəkləmir. Həmçinin respondentlərin 5 faizi bununla bağlı mövqe bildirməyib. Beləliklə, rəyi soruşulan vətəndaşların yalnız 50 faizi ABŞ Prezidentinin fəaliyyətini dəstəkləyir ki, bu da iyun ayında keçirilən sosioloji rəy sorğusunun nəticəsindən altı faiz bəndi azdır.

 

İyul reytinqi Cozef Baydenin dövlət başçısı postunda olduğu dövr ərzində ən aşağı göstəricidir.

 

ABŞ Prezidentinin fəaliyyətinə verilən qiymət respondentlərin partiya mənsubiyyətindən asılı olaraq dəyişir. Belə ki, ABŞ-ın Demokratlar partiyası tərəfdarlarının 90 faizi prezidentin fəaliyyətini bəyəndiyi halda, respublikaçılar arasında bu göstərici cəmi 12 faiz təşkil edir. Partiya mənsubiyyəti olmayan amerikalıların isə yalnız 48 faizi Cozef Baydenə etimad göstərdiyini bildirib.

 

Qeyd edək ki, iyulun 6-dan 21-nə qədər keçirilən sorğuda ABŞ-ın bütün 50 ştatında və Vaşinqton şəhərində yaşayan 18 yaşdan yuxarı 1007 respondent iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır