Modern.az

“Erməni təxribatlarında başqa oyunçular da var” – Türkiyəli ekspert  

“Erməni təxribatlarında başqa oyunçular da var” – Türkiyəli ekspert  

Aktual

27 İyul 2021, 08:36

“Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində Ermənistanı məğlub etdi. İndi isə biz görürük ki, Ermənistan tərəfi yenidən təxribatlara əl atır. Azərbaycan buna qarşılıq verəcək. Təbii ki, işin içərisində başqa məsələlər və oyunçular var. Ona görə də Azərbaycan diqqətli və son dərəcə soyuqqanlı olmalıdır”

 

Bu sözləri Modern.az-a türkiyəli hərbi ekspert Abdullah Ağar son günlər Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində Azərbaycan ordusuna qarşı törətdiyi təxribatlar barədə danışarkən deyib.

 

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz haqlarını qoruyur.

 

Abdullah Ağar, həmçinin qeyd edib ki, Azərbaycan tək deyil, Türkiyə hər zaman olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olacaq.

 

“Azərbaycanın Türkiyəyə ehtiyacı olarsa, çağırmadan yanında olacağıq. İstənilən düşmənin ən böyük silahı mübarizədən qorxan millət və dövlətdir. Ən böyük qorxusu isə savaşmaqdan, ölməkdən qorxmayan ordu və xalqdır.

 

Türkiyə bundan sonra Qafqazda qalib olan tərəfin gücünü, iradəsini qarşı tərəfə qəbul etdirmə savaşında olacaq. Yəni Qarabağ torpaqlarını azad etməklə iş bitmir. Bu torpaqları iradə nümayiş etdirərək qorumaq lazımdır”.

 

Aysel Məhərrəm

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı