Modern.az

\"Olimpiakos\"la oyuna tam hazırıq\" - Samir Abasov

\

27 İyul 2021, 22:16

"İlk oyundan sonra artıq rəqib haqqında məlumatlıyıq. Sabahkı oyuna tam hazırıq. Bizi gərgin və maraqlı görüş gözləyir".

 

Modern.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Bakıda Yunanıstan "Olimpiakos"una qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

 

43 yaşlı mütəxəssis bildirib ki, oyun öncəsi böyük ajiotaj var: "İnanırıq ki, azarkeşlərimizə gözəl hədiyyə edəcəyik. Buna gücümüz çatacaqmı, sabah bilinəcək. Yaxşı potensialımız var. İtkilərimiz haqqında danışmaq istəmirəm. Sabahı gözləyirik".

 

Abasov heyətlə bağlı problemləri olduğunu etiraf edib:

 

"Bu gün taktiki sxemdən danışmaq istəmirəm. Bəzi futbolçular barədə xəbər gözləyirik. Heyətimiz barədə düşünməliyik".

 

Baş məşqçi "Bakcell Arena"nın ot örtüyü ilə bağlı da danışıb:

 

"Bu işə baxan insanlarla bilavasitə danışdım. Səbəbini soruşdum. Mənə hər şeyi izah etdilər. Elə məqamlar var ki, meydançalar istirahət etməlidir. Bilirsiniz ki, Türkiyə millisi burada məşq edib. Hava şəraiti çox istidir. Ot örtüyünə qulluq etmək çətindir. İnanıram ki, hər şey istədiyimiz kimi olacaq".

 

Abasov dəstəyə görə azarkeşlərə təşəkkür edib:

 

"Fanatlarımız sağ olsunlar. Çox aktivdirlər, bizə kömək edirlər. Bizə verdikləri dəstək olduqca önəmlidir. Bu, oyunçuların psixoloji durumuna da təsir edir".

 

Təcrübəli mütəxəssis bərabərlik halında, komandasının 120 dəqiqəlik mübarizəyə tam hazır olduğunu vurğulayıb:

 

"Mert Çelik və Namik Ələskərovdan başqa itkimiz yoxdur. Heç bir futbolçumuzun kənarda qalmasını istəmərik".

 

Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 20:00-da başlayacaq. İlk oyunda "ağ-qaralar" 0:1 hesabı ilə uduzub. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər