Modern.az

Daha bir cüdoçumuz Olimpiada ilə vidalaşdı - YENİLƏNİB

Daha bir cüdoçumuz Olimpiada ilə vidalaşdı - YENİLƏNİB

28 İyul 2021, 08:38

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində rusiyalı Mixail İqolnikovla üz-üzə gəlib.

 

Rəqibinə vazari xalı ilə məğlub olan Mehdiyev olimpiada ilə vidalaşıb.

 

***

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Tokio Olimpiadasına qələbə ilə başlayıb.


Modern.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Qazaxıstan idmançısı İslam Bozbayevə qalib gəlib.


Cüdoçumuz növbəti döyüşünü Mixail İqolnikova (Rusiya Olimpiya Komitəsi) qarşı keçirəcək.


Qeyd edək ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur.

Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb.

Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır