Modern.az

Bu yollarda tıxac var - SİYAHI  

Bu yollarda tıxac var - SİYAHI  

Aktual

30 İyul 2021, 08:40

Paytaxt yollarındakı vəziyyət açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Hazırda bəzi yollarda sıxlıq müşahidə edilir.

 

1. Bakı – Sumqayıt şossesi – (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şosse boyunca, “20 Yanvar” dairəsi istiqamətində çox güclü sıxlıq müşahidə olunur)

 

2. Afiyəddin Cəlilov küçəsi – (Fəzayıl Bayramov küçəsi ilə kəsişmdən, Cavanşir körpüsünün üzəri istiqamətində) sıxlıq

 

3. Yavər Əliyev küçəsi – (Aeroport şossesinə çıxan yol) sıxlıq

 

4. Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən, Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində) sıxlıq

 

5. Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, Şəhər istiqamətində) sıxlıq

 

6. Ziya Bünyadov prospekti – Əsas yol - (Əsasən, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, “20 Yanvar” dairəsi istiqamətində) sıxlıq

 

7. Koroğlu Rəhimov küçəsi - (Təbriz  küçəsi ilə kəsişmə olan hissəsindən başlayaraq, Akademik Həsən Əliyev küçəsi istiqamətində) sıxlıq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir