Arxiv
31 İyul 2021, 18:20 | AKTUAL
Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir - FOTO  

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib.

 

İqtisadiyyat Nazirliyindən Modern.az bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-İsrail iqtisadi münasibətlərinin yüksək səviyyədə olduğunu, əməkdaşlığın gücləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.

 

Qeyd olunub ki, tədbir iqtisadi tərəfdaşlığın inkişafına, biznes dairələri arasında əlaqələri dərinləşdirməyə istiqamətlənmiş təşəbbüslər üçün əhəmiyyətli platformadır. İsraildə açılan Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri iş adamları arasında əməkdaşlığın genişlənməsi üçün yeni mexanizmlərdir və qeyri-neft ixracının artırılması, biznes və investisiya mühitinin təşviqi, qarşılıqlı investisiyaların cəlb olunması, həmçinin turizm əlaqələrinin inkişafına fayda verəcək. Mikayıl Cabbarov ölkəmizin müasir innovasiyalar məkanına çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu, enerji, səhiyyə, rəqəmsallaşma, investisiya, innovasiya, İKT, kənd təsərrüfatı, su sektorunun idarə edilməsi, turizm və s. sahələrdə tərəfdaşlıq üçün böyük potensialı diqqətə çatdırıb. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərimizin təbii ehtiyatları, avtomobil və dəmir yolları şəbəkəsinin, hava limanlarının tikintisi, yeni nəqliyyat dəhlizlərinin, xüsusən də Zəngəzur dəhlizinin açılması investorlar üçün geniş imkanlar yaradır. Bununla yanaşı, “Ağıllı şəhər”, “Ağıllı kənd”, “Yaşıl enerji” layihələrinə xarici investorların cəlb edilməsi üçün müvafiq addımlar atılır. İqtisadiyyat naziri İsrail şirkətlərini Azərbaycanın əlverişli biznes və investisiya mühitindən, iqtisadi potensialından yararlanmağa və fəal əməkdaşlığa dəvət edib.

 

İşgüzar Dəyirmi Masada Energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan-İsrail əlaqələrinin uğurlu inkişafını, keçirilən tədbirlərin və aparılan səmərəli müzakirələrin tərəfdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd edib, qlobal çağırışlara uyğun yeni əməkdaşlıq istiqamətləri, o cümlədən “Yaşıl enerji” layihələrində birgə iştirak barədə fikirlərini bölüşüb.

 

Tədbir çərçivəsində İsrailin “OurCrowd” şirkəti və Azərbaycan İnvestisiya Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə startap layihələrinə sərmayə qoyuluşu, İsrailin aparıcı şirkətlərinin qabaqcıl təcrübəsinin ölkəmizdə tətbiqi, innovasiyalar, ekosistemin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq nəzərdə tutulur. Memorandumda əksini tapan məsələlərin reallaşdırılması yeni texnologiyaların sürətlə mənimsənilməsinə, onların vətəndaşlara və biznes maraqlarına xidmət etməsinə, dövlət qurumlarının və biznesin yeni çağırışlara çevik uyğunlaşmasına töhfə verəcəkdir.

 

Qeyd edək ki, 2013-cü ildə qurulan “OurCrowd” şirkəti İsrailin vençur investisiya şirkətidir. Qiymətli kağızlar üzrə dünyanın ən böyük kütləvi maliyyələşdirmə platformalarından olan şirkət süni intellekt, texnologiya, nəqliyyat, enerji, səhiyyə, təhlükəsizlik və digər sahələrdə fəaliyyət göstərən startap şirkətlərinə investisiya qoyuluşu üzrə ixtisaslaşıb. Şirkət investorlar və qurumlar üçün startaplara, ilkin mərhələli şirkətlərə və vençur fondlara sərmayə qoyuluşu məqsədilə yatırım platforması təklif edir. “OurCrowd” şirkətinin qurucusu və baş direktoru Jonathan Medved İsraildə yüksək texnologiyalar sahəsində tanınmış mütəxəssis və vençur investorudur.

 

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, AZPROMO-nun rəhbəri Yusif Abdullayevin də iştirak etdiyi İşgüzar Dəyirmi Masada İsrail şirkətlərin təqdimatı dinlənilib, aparıcı şirkətlərlə ikitərəfli görüşlər keçirilib. Müzakirələrdə İsrail şirkətləri əməkdaşlığın genişləndirilməsində və yeni əlaqələrin qurulmasında maraqlarını ifadə ediblər.

 

 

İsrailin biznes dairələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır (FOTO) - Gallery Image İsrailin biznes dairələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır (FOTO) - Gallery Image İsrailin biznes dairələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır (FOTO) - Gallery Image İsrailin biznes dairələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır (FOTO) - Gallery Image İsrailin biznes dairələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır (FOTO) - Gallery Image İsrailin biznes dairələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Səyyad Əlizadənin bacısı prezidentə və birinci xanıma müraciət etdi - VİDEO 16 Sentyabr 2021, 14:31 Direktorun əmlakına həbs qoyuldu 16 Sentyabr 2021, 14:30 Qərbi Azərbaycanda xüsusi əməliyyat: 30 girov xilas olundu 16 Sentyabr 2021, 14:26 Ermənistanın dağıtdığı 45 məktəbdən 36-sı təmir olunub 16 Sentyabr 2021, 14:22 Qorillalar koronavirusa yoluxdu 16 Sentyabr 2021, 14:18 Universitet tələbələri üçün yeni sistem yaradıldı 16 Sentyabr 2021, 14:14 Prezident fərman İMZALADI 16 Sentyabr 2021, 14:08 Hökumət Tural Abbaslıya təzminat ödəyəcək 16 Sentyabr 2021, 14:02 “Orada insanlar oğurlanır, qətlə yetirilir” – Səfir 16 Sentyabr 2021, 13:56 Cavanşir Paşazadə: “İranla əlaqələrimizi pozmağa çalışırlar” 16 Sentyabr 2021, 13:50 ÜST-dən Azərbaycan əhalisinə MÜRACİƏT: “Peyvənd kifayət deyil” 16 Sentyabr 2021, 13:44 Tənəffüs vaxtı şagirdlərə bunu etməyə icazə verilməyəcək 16 Sentyabr 2021, 13:38 Azərbaycanda “Mu” ştammına yoluxan var? - ÜST açıqladı 16 Sentyabr 2021, 13:34 Məzahir Əfəndiyev seçicilərlə görüşdü - FOTO 16 Sentyabr 2021, 13:30 İcra başçısı və deputat Şəhidlərin məzarlarını ziyarət edib - FOTOLAR 16 Sentyabr 2021, 13:26 Nazirlik rəsmisi: “COVID-19 xəbərlərinə fasilə verin” 16 Sentyabr 2021, 13:26 İran sürücüləri Azərbaycana rüsum ödəməmək üçün alternativ yol axtarır 16 Sentyabr 2021, 13:23 Rəsmi Bakı fransalı meri “qara siyahı”ya salır 16 Sentyabr 2021, 13:18 Prezidentin köməkçisi yenidən İran səfiri ilə görüşdü 16 Sentyabr 2021, 13:12 Valideynlər məktəbə buraxılmayacaq 16 Sentyabr 2021, 13:06 Bakıda yağış, rayonlara dolu yağacaq 16 Sentyabr 2021, 13:00 “Niderland parlamentində azərbaycanlıları da görə biləcəyik” - MÜSAHİBƏ 16 Sentyabr 2021, 12:54 Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldıldı 16 Sentyabr 2021, 12:48 Azərbaycanlı iqtisadçı: “Qarabağ ermənilərinə işıq, qaz, su verək, pensiya ayıraq!” - Mübahisəli TƏKLİF 16 Sentyabr 2021, 12:42 Sabiq icra başçısı ürəyindən əməliyyat olundu 16 Sentyabr 2021, 12:36 Çində vaksin vurduranların sayı 1 milyardı ötdü 16 Sentyabr 2021, 12:30 DSX dənizdə taktiki təlimlər keçirdi - FOTOLAR 16 Sentyabr 2021, 12:24 Putin Ermənistana səfər edəcək 16 Sentyabr 2021, 12:22 Məktəblərdə imtahanların sayı azaldılır - Kurikulum sadələşdirilir 16 Sentyabr 2021, 12:20 Türkiyəyə getmək istəyən jurnalistlər üçün fürsət 16 Sentyabr 2021, 12:15 Nazirlik Səyavuş Aslanın küçədə gecələyən oğlunu axtarır 16 Sentyabr 2021, 12:12 Müharibə iştirakçılarına 10 mindən çox psixoloji xidmət göstərilib   16 Sentyabr 2021, 12:10 Əməkdar jurnalist xəstəxanaya yerləşdirildi 16 Sentyabr 2021, 12:09 266 nəfərlə bağlı Baş Prokurorluğa müraciət edilib - SƏBƏB 16 Sentyabr 2021, 12:06 Tvinninq layihənin rəhbər komitəsinin növbəti iclası keçirildi - FOTOLAR 16 Sentyabr 2021, 12:04
SORĞU Hansı vaksinə etibar edirsiniz?