Arxiv
2 Avqust 2021, 09:52 | AKTUAL
Jirinovski: Keçmişi bərbaddır, gələcəyi isə yoxdur...

Jirinovski Vladimir yeni bir müsahibə verib. Jirinovski bir partiya (RLDP) sədridir, Rusiya siyasətçisidir, hüquqşünasdır, polkovnikdir, alimdir. O, Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini (2000–2011), VI çağırışın deputatı, Avropa Şurası Parlament Assambleyasının üzvü, habelə Rusiya Prezidenti postuna 5 dəfə namizədliyini irəli sürmüş biridir (1991-2012). Beləliklə, o, nə etməli olduğunu, üzərinə düşən siyasi, mənəvi məsuliyyəti fərq etməyə əsaslar verən bir özkeçmişə malikdir. Əslində, bu ahıl vaxtında onun məhz öz ölkəsi ilə bağlı deməli olduğu çox söz, toxunacağı çox problem var. Ancaq Jirinovski Rusiya Federasiyasının qonşuluq, dostluq münasibətlərində olduğu ölkələrin ünvanına hədyanlar yadğırmaq yolunu tutub. Əlbəttə, bir partiya sədri, siyasətçi, türkoloq olaraq, beynəlxalq yaxud ikitərəfli münasibətlər mövzusunda danışmaq da olar və hətta vacibdir. Lakin belə münasibət illa da təhqir formasında, başqa ölkələrə yuxarıdan aşağı baxmaq, ayrı-ayrı ölkələrin dövlət başçılarının yaxud xalqlarının ünvanına hədyanlar yağdımaqlamı olmalıdır? Özünə, öz partiyasına və ölkəsinə hörmət qoyan bir siyasətçi belə etməməlidir. Ancaq söhbət Jirinovskidən gedirsə, məsələ bir xeyli aydındır. Aydındır ki, Jirinovskinin adı keçən yerdə ciddiyyət arxa plana keçir. Bütün şüurlu həyatı boyu şüursuz davranış və “fikir”ləri ilə seçilən Jirinovski 75 yaşdan sonra müdrikləşəcək deyil hər halda. Olan-olub, keçən keçib – bu, Jirinovskidir: təxribatçı, içən, ağzının sözünü bilməyən, səndələyən, yıxılan, hamı ilə dalaşıq, həmişə əsəbi və ya yarıməsəbi... Sözün qısası, o, öz əməlləri ilə titullarını, ixtisaslarını dırnaq içinə almağımız gərəkdiyini sübut edir: lider deyil, “lider”, hüquqşünas deyil, “hüquqşünas”, alim deyil, “alim” və s...

 

Jirinovski kimi qeyri-ciddi və gələcəyi olmayan birisinin müsahibəsinə diqqət yetirməmək də olar. Lakin onun daşıdığı siyasi vəzifə, onun mandatı nəzərə alınaraq, həqiqət adına bir neçə kəlmə deməkdə fayda vardır.

 

Həqiqətin bir üzü var: Jirinovski Azərbaycana haqq etdiyi sevgini göstərmək qabiliyyətinə malik deyil. “O, Rusiya ermənilərinin təsiri altındadır” deyənləri də, “Volodya şovinizmdən əziyyət çəkir” söyləyənləri də haqsız saymıram. Jirinovski kimi siyasətçilərdən nə partiyasına, nə də ölkəsinə xeyir gəlməz. Zatən rus ictimai fikrinin ona qarşı təpkiləri ilə də zaman-zaman tanış olmuşuq. İndi də ona rus ictimai fikri cavab verməlidir, əslində. Əslində, Rusiya-Azərbaycan münasibətlərinin qayğısına yalnız Azərbaycan qala bilməz, bu böyük qonşu böyük də diqqət yetirməlidir öz xarakterli qonşuları ilə münasibətlərə. Azərbaycanla qonşuluq, dostluq dəyərlidir. Bu dəyəri özü dəyərli olanlar qiymətləndirə bilər. Jirinovski kimi qeyri-sabit, qeyri-ciddi bir siyasətçi belə dəyəri idrak etmək imkanına malik deyil. Dəyər verməkçün dəyərli olmaq lazımdır, o isə yaradılışdan belə bir fitrətdən, keyfiyyətdən yoxsundur.

 

Keçmiş olsun!

 

Jirinovski yalnız yaşı etibarı ilə deyil, içi çürük fikirlərlə dolu olan başı etibarı ilə keçmişdir.

 

MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİN BAYRAĞI UCA OLSUN!

 

Qənirə Paşayeva

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nigeriyada terrorçular əsgərlərə hücum etdi: Onlarla ölü var 26 Sentyabr 2021, 00:10 Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov məğlub oldu 25 Sentyabr 2021, 23:43 Türkiyə əhalisinin 70%-ə yaxını tam peyvəndlənib 25 Sentyabr 2021, 23:32 Ağcabədidə ev yandı 25 Sentyabr 2021, 23:10 Ceyhun Bayramov bu ölkələrdən olan həmkarları ilə görüşdü 25 Sentyabr 2021, 22:50 Mahir Emreli "Legiya"da növbəti qolunu vurdu 25 Sentyabr 2021, 22:47 “Şəhid əmanətləri Şuşada” layihəsinə start verildi - FOTOLAR 25 Sentyabr 2021, 22:31 XİN başçısı BQXK rəhbərinə mina təhlükəsi barədə məlumat verdi 25 Sentyabr 2021, 22:15 Ceyhun Bayramov serbiyalı həmkarı ilə görüşdü 25 Sentyabr 2021, 22:12 Bakıda mənzildə qadın meyiti aşkarlandı 25 Sentyabr 2021, 22:10 Şimal zonasına yağış yağacaq, çaylarda daşqın olacaq 25 Sentyabr 2021, 22:02 “Çelsi” “Maçester Siti”yə məğlub oldu 25 Sentyabr 2021, 21:55 “Taliban”ın tanınması müzakirə mövzusu deyil” – Lavrov 25 Sentyabr 2021, 21:49 Göyçayda minik avtomobili yandı 25 Sentyabr 2021, 21:35 Premyer Liqa: “Zirə” “Səbail”ə qalib gəldi 25 Sentyabr 2021, 21:12 Azərbaycan və Türkiyə arasında daha bir memorandum imzalandı 25 Sentyabr 2021, 20:59 Anım günü ilə əlaqədar bu avtobusların hərəkət sxemi dəyişdirilir 25 Sentyabr 2021, 20:51 Cüdoçumuz Xorvatiyada qızıl medal qazandı 25 Sentyabr 2021, 20:36 Ceyhun Bayramov Qoşulmama Hərəkatının nümayəndələri ilə görüşdü 25 Sentyabr 2021, 20:20 “Şair Sabir” gəmisi yenidən xarici sulara yola salındı 25 Sentyabr 2021, 20:03 Ermənistan ordusuna köhnə raketlər satan keçmiş zabit həbs edildi 25 Sentyabr 2021, 19:43 Putin Lukaşenko ilə görüşəcək 25 Sentyabr 2021, 19:30 "Səbail" - "Zirə" oyununda Vətən müharibəsinin ildönümü yad edildi 25 Sentyabr 2021, 19:19 Polis Qaxda şəhid ailələrini ziyarət etdi 25 Sentyabr 2021, 19:11 “Qarabağ”-“Keşlə” oyunu bərabərə bitdi 25 Sentyabr 2021, 19:10 İçərişəhərdə vandalizmə qarşı iməclik - FOTO 25 Sentyabr 2021, 18:56 Mikayıl Cabbarov Alessandro Frakassetti ilə görüşüb 25 Sentyabr 2021, 18:30 Nazir Türk Şurasının baş katibi ilə görüşdü - FOTO 25 Sentyabr 2021, 18:20 Arvadını balta ilə öldürən şəxs Psixiatriya Xəstəxanasına yerləşdirildi 25 Sentyabr 2021, 18:12 Şəhidimizin qardaşı bayrağı dəyişərkən yıxılıb ÖLDÜ 25 Sentyabr 2021, 18:04 Şəhid leytenant: “Əsgərim döyüşdə ola-ola mən hospitala gedə bilmərəm” 25 Sentyabr 2021, 17:57 Müğənni arvadını moteldə öldürməyindən DANIŞDI 25 Sentyabr 2021, 17:50 Bakıda bu yollar iki gün BAĞLI OLACAQ 25 Sentyabr 2021, 17:42 DEPUTAT: “Bu şirkətlər vaksin biznesindən milyardlar qazanırlar” 25 Sentyabr 2021, 17:34 13 restoranın sahibi cərimələndi 25 Sentyabr 2021, 17:27
SORĞU Hansı vaksinə etibar edirsiniz?